Tarix dərsliklərində adı çəkilən Xıdır Mustafayevi bir az da yaxından tanıyaq.

Şrift
Tarix dərsliklərində adı çəkilən Xıdır Mustafayevi bir az da yaxından tanıyaq.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tarix dərsliklərində adı çəkilən Xıdır Mustafayevi bir az da yaxından tanıyaq..

Tarix dərsliklərində adı çəkilən Xıdır Mustafayevi bir az da yaxından tanıyaq. O, 1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə (Xancığaz) kəndində doğulub. 1937-ci ildə Kirovokan RHK-dan orduya çağırılıb. 1937-1941-ciillərdə əsgərlik dostu Xankişi Şükür oğlu İsmayılovla birlikdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil alıb.

Müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri olub. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol uğrunda aparılan döyüşlərdə iştirak edib. 1943-cü ilin payızında Ukraynanın paytaxtı Kiyevin azad edilməsi uğrunda döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənib. 1943-cü ilin noyabrın 5-dən 6-na keçən gecə Xıdır Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Komandirin təklifi ilə qurulan strateji plana uyğun olaraq batalyonun qarşısına gözlənilmədən düşmənin arxasına keçib Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulur.

Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq dəmiryol vağzalını ələ keçirdilər. 5 saata yaxın davam edən küçə döyüşləri nəticəsində sovet tankçıları alman qarnizonunu darmadağın edərək Fastov şəhərini onlardan tamamilə təmizlədi. Düşmən döyüş meydanında 64 zenit topu, 43 tank, 16 eşalon, 40 min tona yaxın yanacaq, 5 parovoz və 40 silah ambarını qoyaraq qaçdı. 1945-ci ildə Xıdır Mustafayev Bakıya gəlir, bir müddət İçəri şəhərdə yerləşən Bakı Şəhəri Hərbi Komendaturasına rəhbərlik edir, sonra mülki işə keçir, Azərbaycan SSR Abtomobil Nəqliyyatı Nazirliyində şöbə rəisi, 1 nömrəli Bakı Taksomotor Parkının direktoru vəzifələrində çalışır.

Xıdır Mustafayev 21 may 1976-cı ildə 71 yaşında Bakıda vəfat edib, 1-ci Fəxri Xiyabanda dəfn olunub. 2 Lenin ordeni, Qırmızı Ulduz Ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz medalı ilə təltif edilib. Fastov uğrunda döyüşlərə müdrikliklə komandanlıq etdiyinə və döyüş meydanında qəhrəmanlığı ilə fərqləndiyinə görə SSRİ Ali Sovetinin 1944-cü il 10 yanvar tarixli əmri ilə Xıdır Həsən oğlu Mustafayevə Sovet İttifaqı Qəhrəmanı adı verilib…

Allah rəhmət eləsin!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗