Muxtar (Muxtar Əfəndi) İsmayıl oğlu Əfəndizadə 1 yanvar 1880-ci ildə indiki Ağdaş rayonun…

Şrift
Muxtar (Muxtar Əfəndi) İsmayıl oğlu Əfəndizadə 1 yanvar 1880-ci ildə indiki Ağdaş rayonun…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Muxtar (Muxtar Əfəndi) İsmayıl oğlu Əfəndizadə 1 yanvar 1880-ci ildə indiki Ağdaş rayonun….

Muxtar (Muxtar Əfəndi) İsmayıl oğlu Əfəndizadə 1 yanvar 1880-ci ildə indiki Ağdaş rayonunun Şəmsabad kəndində doğulub. Maarif xadimi, müəllim, şərqşünas-tərcüməçi, Azərbaycanda milli-istiqlal hərəkatının fəal iştirakçılarından olan Muxtar əfəndi ilk təhsilini atasından alıb. Sonra 9 il atasının dostu Hacı Məhəmməd əfəndinin mədrəsəsində, daha 9 il Ağdaş, Nuxa, Quba, Bakı, Şamaxı alimlərinin yanında təhsilini davam etdirib.

XX əsrin əvvəllərində uşaqlar üçün yeni təlim və tədris üsulu əsasında "Oxu" adlı dərslik yazıb, "Kimsəsiz uşaqlar evi", "Yaşlılar üçün kurs", 1906-cı ildə "Darülirfan" məktəbi , 1906-cı ildə qiraətxana, 1908-ci ildə yeni teatr , 1909-cu ildə "Səadət" adlı qız məktəbi açıb. Qubada təşkil etdiyi "Üsuli-cədid" məktəbində dərs deyib və bu məktəblər üçün "Şəraye-ül-islam" kitabını yazıb. 1918-ci ildə Şamaxı, Ağsu, Qutqaşen (indiki Qəbələ), İsmayıllı bölgəsində bir çox kəndləri viran qoyan erməni daşnak dəstələrinin Göyçaya, sonra isə Ağdaşa hücumları zamanı Muxtar əfəndi 200 nəfərlik dəstə təşkil edərək onların qarşısını alıb.

Muxtar əfəndi Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında" qanununa əsasən Ərəş qəzasından AXC parlamentinin tərkibinə daxil edilib. 1920-ci il aprel işğalından sonra Ağdaşa qayıdaraq, maarifçilik fəaliyyətini davam etdirib. Sovet hakimiyyəti tərəfindən dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qalaraq, "müsavatçı" damğası ilə evində axtarış aparılan Muxtar əfəndi həbs edilərək Qazaxıstana sürgün edilib. 1939-cu ildə sürgündən qayıtdıqdan sonra pedaqoji və elmi fəaliyyətini davam etdirib.

1944-1950-ci illərdə Azərbaycan Dövlət Universitetində ərəb dilindən dərs deyib. Onun "Miftah ül-lisan ül-ərəb" ("Ərəb dilinin açarı") adlı kitabı (1947) SSRİ-də ali məktəb tələbələri üçün ilk ərəb dili dərsliklərindən biri olub. 17 oktyabr 1975-ci ildə Bakıda vəfat edən Muxtar Əfəndi Ağdaş rayonunun Şəmsabad kənd qəbiristanlığında dəfn olunub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗