Məmmədsadıq Səmih oğlu Axundzadə (Məmməd Sadıq Aran) 1895-ci ildə Zəngəzur qəzasının Qara…

Şrift
Məmmədsadıq Səmih oğlu Axundzadə (Məmməd Sadıq Aran) 1895-ci ildə Zəngəzur qəzasının Qara…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məmmədsadıq Səmih oğlu Axundzadə (Məmməd Sadıq Aran) 1895-ci ildə Zəngəzur qəzasının Qara….

Məmmədsadıq Səmih oğlu Axundzadə (Məmməd Sadıq Aran) 1895-ci ildə Zəngəzur qəzasının Qarakilsə nahiyəsinin Urud kəndində doğulub. Onun babası Tiflisdə Qafqazın Şeyxülislamı olub. İlk təhsilinə atasının kəndlərində tikdirdiyi məktəbdə başlayıb, daha sonra Qarakilsədə ibtidai məktəbi bitirib, Naxçıvandakı 8 illik orta dərəcəli rus məktəbində təhsilini davam etdirib.

İlk yazıları Bakıda “Açıq söz” qəzetində və “Füyuzat” jurnalında dərc olunub. 1917-ci ildə Gorusda məktəb açaraq uşaqların təhsili ilə məşğul olub. 1918-ci il mayın 28-də AXC-nin qurulmasından sonra keçirilən parlament seçkilərində Zəngəzurdan millət vəkili seçilib, “Müsavat” partiyasının qaçqınlar üzrə komissiyasının üzvü olub. 1920-ci il aprelin 27-də AXC-nin süqutundan sonra bir müddət “Müsavat”-ın Qarabağda gizli fəaliyyət göstərən təşkilatına rəhbərlik edib.

Sonra Türkiyəyə gedən soydaşlarımızın İstanbulda qurduqları Milli Azərbaycan Təşkilatı ilə əlaqə yaratmaq üçün İran üzərindən Türkiyəyə gedib. Azərbaycana qayıdarkən Tiflisdə həbs edilib, 2 il işgəncələrə məruz qalıb. Həbsxanadan azad ediləndən sonra 1924-cü ildə İrana, oradan Türkiyəyə gedərək, milli mücadiləyə davam edib.

O, “Yeni Qafqaz”, “Odlu yurd”, “Azəri-Türk”, “Yaşıl yarpaq”, “Türk yolu” və “Ergenekon yolu” jurnallarında Azərbaycan haqqında məqalələr və şeirlər yazaraq Məmməd Sadıq Aran imzası ilə dərc etdirib. 2 il Finlandiyada çalışıb və «Turan» adlı qəzet nəşr etdirib. 1936-1941-ci illərdə İranda Türkiyənin “Ulus” və “Cümhuriyyət” qəzetlərinin müxbiri işləyib. Türkiyəyə qayıtdıqdan sonra 1942-ci ildə İstanbulda Sənan Azər təxəllüsü ilə “İran türkləri” adlı kitabını çap etdirib.

1944-cü ildə İstanbulda “Türkün altun kitabı: Kutadğu Bilig" əsərini dərc etdirib. Onun “Qara köynək”, “Gənclərə nəsihət” “Millətlərin haqqı və məhkum türklərin davası” adlı nəsr əsərləri, “Qaçaq Nəbi”, “Top səsləri” kimi pyesləri, çoxlu şeirləri var. Əsərlərinin əksəriyyəti 1952-ci ildə çap olunmuş “Ergenekon yolları” adlı kitabında toplanıb.

Bəzi şeirlərini “Sisyanlı” imzası ilə dərc etdirib. Məmməd Sadıq Aran uzun müddət Ankarada Türk Kültürünü Araşdırma İnstitutunda fəaliyyət göstərib. 1971-ci ildə İstanbulda vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗