İbrahim ağa Usubov 6 mart 1872-ci ildə Yuxarı Salahlıda (Qazax qəzası) doğulub.

Şrift
İbrahim ağa Usubov 6 mart 1872-ci ildə Yuxarı Salahlıda (Qazax qəzası) doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İbrahim ağa Usubov 6 mart 1872-ci ildə Yuxarı Salahlıda (Qazax qəzası) doğulub..

İbrahim ağa Usubov 6 mart 1872-ci ildə Yuxarı Salahlıda (Qazax qəzası) doğulub. Çar Rusiyası ordusunda general-mayor, AXC dönəmində Hərbiyyə naziri yanında tapşırıq generalı olub. Artilleriya generalı Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşub.

İbrahim ağa Usubov Nəriman Nərimanov, Əliheydər Qarayev, Mixail Frunze və başqaları ilə də yaxın idi. 1915-ci il, avqustun 1-də döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi. 1917-ci il iyulun 1-də 133-cü süvari diviziyasında briqada komandiri təyin olunan İbahim ağa Usubova general-mayor rütbəsi verilmişdi.1918-ci ilin may ayında İbrahim ağa Usubovu Azərbaycan Milli Ordusunda işləmək üçün dəvət etdilər.

O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan Demokratik Hökuməti Milli Ordusunun təşkilinə başladı. 1918-ci ilin aprelində Gəncədə praporşik məktəbi açdılar. Burada azərbaycanlı gənclər təhsil alırdılar.

Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan Hərbiyyə Məktəbi adlandırıldı. 1919-cu il yanvarın 9-da Milli hökumət, xalqına sidq ürəklə xidmət etdiyinə görə İbrahim ağa Usubovu Həbiyyə naziri yanında tapşırıq generalı vəzifəsinə təyin etdi. Milli hökumət İbrahim ağanı 1919-cu ildə Azərbaycan ordusu üçün hərbi ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə İtaliyaya ezam etmişdi.

İbrahim ağa Usubovun xarici ölkəyə ezam olunması təsadüfi deyildi. O, fransız, ingilis, alman və polyak dillərini mükəmməl bilirdi. Respublika Mərkəzi Dövlət Arxivində saxlanan bir sənəd — AXC-nin İtaliyadakı nümayəndəsinin ölkənin milli ordusuna geyim və təchizat əşyaları almaq üçün hərbi nazirliklə danışıqları barəsindəki teleqram bunu təsdiq edir: "Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi paltar və silah verə bilmir.

O, avtomobillər, aeroplanlar, projektorlar, dizliklər, mələfələr və adyallar verir. Geyim əşyaları göndərilməsi Gellə tapşırılıb. İlk partiya dekabrın axırlarında Batuma gələcək.

Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın bizdəki qiymətini bildirməyinizi xahiş edirəm".

1920-ci ilin aprelində XI Ordu gəldi. Əliağa Şıxlinski, İbrahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Firidun bəy Vəzirov, İbrahim ağa Usubov və bütün azərbaycanlı hərbçilərə, generallara ilk günlər toxunmadılar. Xüsusi əmr verdilər ki, "poqonlarınızı çıxarın, indi Qızıl Orduda xidmət edəcəksiniz".

Lakin çox keçmir ki, İbrahim ağa Usubov və 12 nəfər azərbaycanlı generalı və zabiti 1920-ci il iyunun 16-da gecə ilə Nargin adasına aparıb orada güllələyiblər. Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov ayrı kamerada olublar. Xoşbəxtlikdən onların Nəriman Nərimanova göndərdikləri məktub ünvanına çatıb və onlar xilas olublar.

Orduya soxulan terrorçu-daşnaklardan ehtiyat edən Nərimanov ona görə də 1920-ci il avqustun 1-də Ə. Şıxlinskini və S. Mehmandarovu Moskvaya göndərdi.

General İbrahim ağa Usubovdan çox az nişanə qalıb. Bir neçə şəkil, bir də qızı — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, əməkdar incəsənət xadimi, professor Nigar xanım Usubova(1994-cü ildə dünyasını dəyişib). Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında İbrahim Usubovu Azərbaycanın "istiqlal şəhidi"adlandırıb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗