Dəyərli dostlar, bu kiçik araşdırmanı İçərişəhərdə yaşayan bir izləyicimizin xahişi ilə v…

Şrift
Dəyərli dostlar, bu kiçik araşdırmanı İçərişəhərdə yaşayan bir izləyicimizin xahişi ilə v…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar, bu kiçik araşdırmanı İçərişəhərdə yaşayan bir izləyicimizin xahişi ilə v….

Dəyərli dostlar, bu kiçik araşdırmanı İçərişəhərdə yaşayan bir izləyicimizin xahişi ilə və bütün Bakılılara hörmət hissi ilə paylaşıram. Tarixçi Kamil İbrahimov yazır ki, İçərişəhər tarixən ümumi əlamətlərlə birləşən məhəllələrdən ibarət olub: Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar, Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi) və s. Şəhərə Şamaxı (XII əsr) və Salyan darvazalarından daxil olmaq olardı.

XIX əsrin axırlarında daha bir neçə darvaza tikildi. İçərişəhərin "Ağşalvarlılar" kimi tanınan yerli sakinlərinin nə üçün belə adlandırılması ilə bağlı müxtəlif mülahizələr var. Ən çox yayılan versiya isə budur ki, dənizçiliklə məşğul olduqlarına görə, onlara belə ad verilib.

Onlar adətən ağ rəngdə şalvar geyinərlərmiş. Rəssam Mirteymur Məmmədov isə hesab edir ki, "ağşalvarlılar" ifadəsi sonradan uydurulub və camaat arasında şişirdilib: “Onlar Rusiyadan gəmilərdə və barjalarda gətirilən unu daşıyıblar və paltarları ağ rəngə boyandiğı ücün belə adlanıblar”. Yazıçı İlqar Fəhmi də bu faktı təsdiqləyir.

İçərişəhərin tariхi qədim dövrlərə gedib çıxır. Bakının bu sirli məkanına əhalinin sürətlə köçməsi 1192-ci ildə Şamaхıda baş verən zəlzələnin tariхi ilə bağlıdır. Bu zəlzələdən sonra Şirvanşah I Aхsitan Şirvanın paytaхtını, əhalisini bütünlüklə İçərişəhərə köçürdü.

Araşdırmaçı, tarixci Zaur Əliyev qeyd edir ki, əhalinin artımı burda olan qədim inanc və hələ də sirri açılmayan məkanların qoruyucularının yaranmasına səbəb oldu. "Gəncədə "Əxi qardaşları" necə şəhəri və ətraf regionu qoruyurdularsa, Bakının qoruyucusu qisməti də “Ağşalvarlılar” deyilən sakinlərin üzərinə düşdü. Qeyd edim ki, İçərişəhərin ən böyük nadir хüsusiyyətlərindən biri orada olan dar dalanlardır ki, küçələri ensiz, 3, 4 nəfər ancaq keçib gedə bilir.

Hər bir dalanda, küçədə qəribə, möcüzəli və olduqca maraqlı təəssüratlar yaranır. Bu müdafiə tipli tikinti idi ki, İçərişəhərlə yanaşı eyni tikili system ancaq Təbrizdə var idi. "Ağşalvarlılar" məhz İçərişəhərin dalanlarının hərbi strateji tikilişində mühüm rol oynayıblar.

1960-70-ci illərdə İçərişəhərdə aparılan arxeoloji qazıntılar sovet alimlərinin hesabatlarında öz əksini tapmışdı. Nəticədə ən qədim şəhərsalma texnologiyası burda üzə çıxdı. Su kanalları, yeraltı keçidlər, yeraltı şəhər, elmdə hələ də sübut edilməyən kosmik bir məkanların burda olması sovet rəhbərlərini narahat edirdi və onlar qazıntılar zamanı bilərəkdən çox yeri qəsdən dağıtmağa və şəhərin qoruyucuları olan "ağşalvarlıları" ordan uzaqlaşdırmağa başladılar.

Tariхdə “ağşalvarlılar” adı ilə tanınan İçərişəhər sakinləri, dənizçiliklə məşğul olduqlarına görə belə adlanırdılar. Onlar hamısı eyni paltar, yəni ağ rəngdə şalvar, köynək geyinərmiş. Məhz buna görə də onlar “ağşalvarlılar” adı ilə tariхdə iz qoydular.

Bu gün araşdırsaq görərik ki, əhalimizin bir çoх hissəsi “ağşalvarlıların” kimlər olduğunu bilmirlər. Bu haqda daha çoх məlumatı olanlar isə İçərişəhərin qədim sakinləri və tariхə yaхından bələd olan insanlardır. Sakinlər buradakı əhalinin Bakı kəndlərinin camaatından ibarət olduğunu deyir və həqiqətən də qayıqçılıqla məşğul olmalarını təsdiqləyirlər.

Bəziləri isə XIX əsrdə Cənubi Azərbaycandan, həmçinin, Qubadan, Şamaxıdan və s. ərazilərdən Bakıya işləmək üçün gələnlərin də adını çəkir. Sonralar Sovet tarixşünaslığında "ağşalvarlılar haqqında yalan informasiyalar yazılmağa və ən pisi isə guya “Ağşalvarlılar" başqa tayfaların qulları olublar” fikirini formalaşdırmağa başladılar.

Bu isə həqiqətdən tam uzaq bir fikir idi. "Ağşalvarlılar" dənizlə qurunu qoruyan dənizçi ailələr idi ki, onların hamısı şəhərin ən qədim sakinləri idi". Onların bu xüsusiyyəytlərini bu gün həqiqətən də İçərişəhər özündə qoruyub saxlayır…

P. S. Az da olsa-bu qədər.

Fərqli məlumatları və qeydləri olanlar əlavələr edə bilərlər… BAKILILARA BÖYÜK HÖRMƏTLƏ, NAMİQ HƏSƏNOV

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗