Murtuza Muxtarovun həyat yoldaşı, əslən osetin zadəganlarından olan Liza xanım Muxtarova…

Şrift
Murtuza Muxtarovun həyat yoldaşı, əslən osetin zadəganlarından olan Liza xanım Muxtarova…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Murtuza Muxtarovun həyat yoldaşı, əslən osetin zadəganlarından olan Liza xanım Muxtarova….

Murtuza Muxtarovun həyat yoldaşı, əslən osetin zadəganlarından olan Liza xanım Muxtarova (Tuqanova) Vladiqafqazda doğulub və yaşayıb. Onun valideynləri general Hambi Tuqanov və Paşa xanım Dudarova ən hörmətli aristokrat nəslinə mənsub idilər. Murtuza Muxtarovla olan tanışlığı da onun Vladiqafqaza işgüzar səfəri zamanı olub.

Onun gələcək həyat yoldaşı, Murtuza Muxtarov məşhur general Tuqanovla tanış olur. General Muxtarovu öz evinə qonaq dəvət edir. Qonaqlıqda Muxtarov generalın ağıllı, savadlı, gözəl, ortancıl qızı Liza xanımla tanış olur və ilk görüşdən ona aşiq olur.

M. Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər.

"Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" — deyə Liza heyranlığını həyat yoldaşı ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. 1910-cu ildə Vladiqafqazdan Bakıya qayıdan Murtuza Muxtarov bunu nəzərə alaraq sevimli arvadı üçün Venesiya üslubunda saray tikdirir.

1912-ci ildə "Səadət sarayı"nın tikintisi başa çatır. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər xoşbəxt ailə həyatı sürürlər Bir-birinə qarşı sevgi, məhəbbət, hörmət hissləri olan bu cütlüyün övladları olmasa da, bir çox uşaqlara qəyyumluq etmiş, oxudub savad vermişdilər. Bu uşaqlardan biri də XX əsrin birinci yarısında keçmiş SSRİ-nin opera teatrlarının afişalarından adı düşməyən Fatma Muxtarova idi.

XIX əsrin sonları, XX əsrin əvvəllərində fəaliyyət göstərən xeyriyyə cəmiyyətlərində Liza xanım Muxtarova xalqımızın maariflənməsində, yoxsul uşaqların təhsil almasında çox böyük rol oynayıb, lakin ona öz işini tamamilə başa çatdırmaq müyəssər olmadı. Bu cütlüyün sonu faciəvi oldu. Bakıda 1920-ci ilin aprel ayında (27 aprel sovet işğalı zamanı) Muxtarovun sarayına soxulan iki nəfər bolşevik ondan təcili evi tərk etməsini tələb edir.

Əsəbləri pozulmuş milyonçu Muxtarov bu rəzilliyə dözə bilməyib əlindəki tapança ilə bolşeviklərin birini (bolşevik Anosov) güllələyib öldürür, digər gülləni isə öz alnına vurur. Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət ərinin onun üçün tikdirdiyi sarayın qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Tarixçi Sara xanım Aşurbəyli qeyd edir ki, o, anası İsmət xanım ilə birlikdə Liza xanım Muxtarovaya baş çəkib ona kömək etmişdilər.

Xaricə qaçmaq məqsədilə saxta da olsa, bir türk paşasına ərə gedib, Türkiyəyə gedir, lakin burada da bəxti gətirmir. Yol yoldaşı onu aldadaraq son varidatını da əlindən alır və aradan çıxır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edib, bəzi mənbəlrdə isə vəfat tarixi 1956-cı il Almaniya olaraq qeyd olunub, hətta İstanbulda vəfat etdiyi də deyilir, amma onun məzarının yeri barədə heç bir məlumat yoxdur, çünki Liza xanım xaricə qaçdıqdan sonra yaxınları ilə əlaqə saxlamayıb, hətta məktub da yazmayıb.

O, Azərbaycanda kimsəsizlər üçün sığinacaq, qızlar üçün məktəb,xeyriyyə tədbirləri üçün vəsait ayırıb, müxtəlif cəmiyyətlərin işində və s. problemlərin həllində fəal iştirak edib. Bu isə ayrıca araşdırmanın mövzusudur…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗