Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət…

Şrift
Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət….

Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22. 05. 1927 – 10. 07. 1929), Bakı Şəhər Soveti sədrinin müavini olan Novruz Kərim oğlu Rızayev əslində kimdir? O, 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində doğulub. 1905-ci ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şosse yolunda müxtəlif vəzifələrdə çalışıb. 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rizayev məhz həmin dövrdə Cənubi Azərbaycanında baş verən proseslərdə iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib.

Novruz Rizayev 1927-ci il mayın 22-dən Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə başçılıq edib. O, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır. Sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilir.

30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə gedir və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləyir. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir.

Qazaxıstana partiya işinə onu həmin vilayətin icraiyyə komitəsinin sədri vəzifəsində çalışan Levon Mirzoyan dəvət etmişdi.(Yeri gəlmişkən, qeyd edək ki, Levon Mirzoyan 1926-1929-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olub). Novruz Rizayev 1937-ci il oktyabr ayının 31-də Alma-Ata şəhərində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının qərarı ilə həbs edilərək Bakıya gətirilir. 1939-cu il avqustun 2-də Qazaxıstan SSR Xalq Daxili İşlər Komissarlığı qoşunlarının Hərbi tribunalının məhkəməsinin qərarına əsasən bəraət almasına baxmayaraq, 1940-cı il yanvarın 5-də təkrar həbs olunur və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə 1941-ci il iyunun 30-da ölüm cəzasına məhkum edilir.

Moskva yaxınlığında, siyasi repressiya qurbanlarının kütləvi şəkildə güllələndiyi və basdırıldığı yerdə-"Kommunarka poliqonu"nda dəfn edilir. 1955-ci il mart ayının 19-da Novruz Rizayev SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Sərəncamı ilə bəraət alır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗