Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli tarixsevər dostlar!.
Dəyərli tarixsevər dostlar! "Basmaçı hərəkatı"-Orta Asiyada bolşeviklərə qarşı baş verən xalq üsyanlarının adıdır. 1917-ci ildə Fərqanədə başlayıb, 1918-ci ildən isə ruslara qarşı milli mücadiləyə çevrilib. Ruslar bu üsyançılara “Basmaçı”, Orta Asiya türkləri “İslam əsgərləri” və ya “Türküstan azadlığının əsgərləri” deyirdilər.
“Basmaçı” termini ilk dəfə Cozef Castagne tərəfindən 1925-ci ildə Parisdə nəşr etdirilən “Basmaçılar” məqaləsində işlədilib. Üsyançılar 1919-cu ilin noyabrına qədər Fərqanə vadisinin böyük bir hissəsini ələ keçirdilər. 1918-ci ildə Katta Ergeşin öldürülməsindən sonra Margilanlı Məmməd Emin bəyin komandanlığı altında üsyançılar mühüm qələbələr əldə etdilər.
Sovetlər Qızıl Ordunun şərq komandanı M. V. Frunzeni 13 avqust 1919-cu ildə Orta Asiyada cəbhə komandanı təyin etdilər.
24 sentyabr 1919-cu ildə Məmməd Emin bəyin başçılığı ilə Fərqanə hökuməti quruldu. Ənvər Paşanın Orta Asiyada görünməsi və liderliyi qəbul etməsindən sonra hərəkat daha mütəşəkkil şəkildə böyüdü. 1920-ci ildə Bakıda Şərq millətləri konqresində o, hərəkat barədə məlumat alır. Buxarada 23 gün qalan Ənvər Paşa, 19 may 1922-ci ildə Sovet hökumətinə ultimatum verərək Qızıl ordunun Türküstanı tərk etməsini tələb etdi.
Rusların rədd cavabı ilə iki tərəf arasında çarpışma başladı. Bu zəfərdən sonra Ənvər Paşanın ətrafına yeni qüvvələr qatıldı. İyunda ruslar böyük bir orduyla Ənvər Paşa üzərinə hücuma keçdilər və onu Düşənbəyə yaxın Belcuvan kəndinə sıxışdırdılar.
Ənvər Paşa yanındakılara “Türküstan üçün mütləq savaşmalıyıq. Bacarsaq qazi, bacaqmasaq şəhid olarıq. Belə it kimi rus zülmündə yaşamaqdansa atalarımız kimi şərəflə öləcəyik”-dedi və ağladı.
Ənvər Paşa və yanındakı mücahidlər 4 Avqust 1922-ci ildə qəflətən rusların hücumuna məruz qaldılar. Ağabeyov adlı kommunist bir erməni ilə Abdurrahman adlı bir tacikin yol göstərdiyi Qızıl ordu qüvvələri Ənvər Paşanın qərargahına hücum etdilər. Ruslar məğlub olmaq üzrə ikən avtomat silahdan açılan atəşlə Ənvər Paşa ürəyindən vuruldu və öldürüldü, ertəsi gün oradaca dəfn edildi.
Qızıl Ordu 1923-cü ilin yazından 1924-cü ilin qışına qədər "Basmaçı" üsyanını yatırdı. Amma hərəkat 1942-ci ilə qədər fasilələrlə davam etdi…
