Dəyərli dostlar, izləyicilərimizin xahişi ilə Bakının Hövsan qəsəbəsinin tarixi ilə bağlı…

Şrift
Dəyərli dostlar, izləyicilərimizin xahişi ilə Bakının Hövsan qəsəbəsinin tarixi ilə bağlı…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar, izləyicilərimizin xahişi ilə Bakının Hövsan qəsəbəsinin tarixi ilə bağlı….

Dəyərli dostlar, izləyicilərimizin xahişi ilə Bakının Hövsan qəsəbəsinin tarixi ilə bağlı məlumat vermək istəyirəm. Hövsan-Bakı şəhərinin Suraxanı rayonunda şəhər tipli qəsəbədir. Xəzər dənizinin sahilindədir.

Hövsan kəndi Bakı şəhərinin qədim yaşayış məskənlərindən biridir və kənd kimi 1793-cü ildə yaradılıb. 2 avqust 1966-cı ildə qəsəbə statusu alaraq, Bakı şəhərinin inzibati ərazisinə daxil edilib. Yerli əhalinin məlumatına görə, keçmişdə kəndin ərazisində iki hovuz olduğuna görə Hovuzan adlandırııb.

Mənbələrə görə, oykonim hovuz sözü və məkan bildirən -an şəkilçisindən ibarət olub, "hovuzlar" və ya "hovuz yeri" mənasındadır. Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı ərəb dilindəki hisn (qala, istehkam) sözündəndir. Əslində, kənd dəniz sahilində, hövzədə yerləşdiyi üçün belə adlandırılıb.

1859-1864-cü illərə olan məlumata əsasən, Bakı quberniyasının Bakı qəzasının Hövsan kəndində 169 evdə 407 nəfəri kişi, 348 nəfəri qadın olmaqla 735 nəfər şiə Azərbaycan türk yaşayırdı. Yaşlı Hövsan kəndliləri şahsevən olduqlarını bildirirlər. 1917-ci il inqilabından əvvəlki dövrdə, o vaxtkı orfoqrafiyaya uyğun olaraq bu yaşayış məntəqəsinin adı fərqli şəkildə yazılırdı. Bəzi mənbələrdə onu sadəcə olaraq Qusan adlandırırdılar, başqa birində isə Gövsan (Xuzan) və Quzan (Gevzan, Xousan) şəklinə rast gəlinir.

1856-cı il üçün “Qafqaz təqvimi”ndə onun adı yerli dilin (حوصان) əlifbası ilə verilir ki, bu əlifba rus dilində Xousan və ya Xovsan kimi oxunurdu. Hövsan 1806-cı ildə Rusiya imperiyasının tərkibinə daxil olan Bakı xanlığının tərkibində idi. 1846-cı il 14 dekabr tarixli fərmanla Hövsan Şamaxı quberniyasının Maştağınski bölməsinə aid olub.

Abşeronun üç cənub-şərq kəndi (Zirə, Türkan və Hövsan) haqqında K. Spasski-Avtonomov 1851-ci ildə yazırdı: "Zirə, Türkkənd və Qusan yarımadanın cənub sahilində, düzənlikdə, bir-birindən uzaqda, yarımadanın lap ucundan, yəni Abşeron burnundan Bakıya gedən yolun üstündə yerləşir. Bunlardan Zirə ən yaxşı bostan bitkilərinin, Quzan isə soğanın emalı və becərilməsi ilə seçilir; hər birində bir məscid və 100-dən çox əhali var".

1856-cı il üçün “Qafqaz təqvimi”nə görə Hövsanda öz aralarında “tatar” dilində (yəni azərbaycan dilində) danışan “tatar şiələr” (yəni şiə azərbaycanlılar) yaşayırdı. N. K.

Zeydlitsin redaktorluğu ilə 1879-cu ildə nəşr edilmiş “Qafqaz haqqında məlumatlar toplusu”nda 1873-cü ilə aid olan məlumata görə, kəndin əhalisi 808 nəfər idi. 1886-cı il üçün ailə siyahılarının materiallarında Hövsanda 1026 nəfər “tatar” şiələri (Azərbaycan şiələri) göstərilir ki, bunlardan 186 nəfər siqaret çəkir və 4 şiə ruhani nümayəndələri var. 1928-ci ildə tatları tədqiq edən B.

V. Miller Hövsan türklərinin Şahsevənlərdən gəldiyini, lakin böyük əksəriyyətin tatlar olduğunu yazırdı. Hövsan kəndinin adı ərəb dilindədir.

Hövsan ərəbcədən tərcümədə 2 hovuz deməkdir. Vaxtilə burada həqiqətən də iki böyük su hovuzu mövcud olub və toponimin adı da həmin 2 hovuzdan əmələ gəlib… Hövsanda tarixi memarlıq abidələri var. Dəyirman – XIX əsr Hamam – XVII əsr Hamam – 1910-cu il İmam Hüseyn və Həzrəti Abbas adına cümə məscidi – 1920-ci ildə tikilib Köhnə qəbiristanlıq – Orta əsrlər Məscid – 1806-cı il Məscid – XX əsr və.

s Məşhur şair "Məcməüş-şüəra" ədəbi məclisinin nümayəndəsi Ağadadaş Münri 1863-cü ildə, SSRİ xalq artisti Mirzağa Əliyev 1883 -cü ildə Hövsanda doğulub. Təbii ki, Hövsanda kifayət qədər məşhur adamlar var, amma onların hamısının adını burada qeyd etmək mümkün deyil… 1923-cü ildə Bakı şəhərinin Orconikidze rayonu təşkil edildi (mərkəzi Suraxanı).

1977-ci il yanvarın 1-dən Hövsan Bakının Orconikidze rayonunun Hövsan qəsəbə sovetinin yeganə qəsəbəsi idi… Bu gün Suraxanı rayonuunun Hövsan qəsəbəsi hər gün böyüyür və gözəlləşir… Hövsanlılara böyük hörmətlə, Namiq Həsənov

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗