Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İlk Qadın Səfir – Aleksandra Qollandas adlı rusdur..
İlk Qadın Səfir – Aleksandra Qollandas adlı rusdur. 1915-ci ildə öz ailəsi və aid olduğu təbəqə ilə olan əlaqələri kəsir və bolşeviklərə qoşulur. 1922-ci ildə Sovetlərin Norveçdəki səfiri təyin edilir.
SSRİ hələ Norveç tərəfindən rəsmən tanınmadığına görə ilk xanım səfir 1924-cü ilin 15 fevralında vəzifəsinin icrasına başlayır. İlk Qadın Memar – Ethel Meri Çarlz böyük layihələrə imza atıb və 1898-ci ildə imtahandan uğurla keçərək “İngiltərənin Memarlar Otağı”na üzv olur. İlk Qadın Vəkil – Sadə Amerika vətəndaşı Arabella Mansfayld bir vəkilin bürosunda şagirdlik edir, təhsilini tamamlayır və 1869-cu ilin iyun ayında ilk məhkəməsinə çıxır və məhkəməni qazanır.
İlk qadın həkim – Elizabet Blakvell əslən İngiltərədəndir. Həkim olmağa uşaq ikən qərar verir. Səbəbi isə uşaqlıq dostunu xərçəngdən itirməsi olur.
Dostu ölməzdən öncə Elizabetə “qadın bir həkim olsaydı, dərdimi daha rahat deyə bilərdim”-demişdi. O Filadelfiya və Nyu-Yorkdakı tibb məktəblərinə müraciət edir, rədd cavabı alır, məcbur olub öz tibb mərkəzini açır. İlk xəstələri də xanımlar olur.
İlk qadın baş nazir – Şirimavo Bandaranaykedir. O 1960-cı ildə öz hökumətini qurur, Şri-Lanka hökumətinin ilk baş naziri olur. İlk qadın pilot – Onun adı Elis Roşe olub.
1909-cu ildə ilk dəfə təkbaşına uçan Elis bir illik təhsildən sonra ilk peşəkar qadın pilot adı ilə tarixə düşüb. İlk şalvar geyən qadın -Tarixə ilk şalvar geyən qadın kimi Fransalı müğənni Sarah Bernhard düşüb. Onun geydiyi şalvar pencəyi ilə dəst idi.
İlk qadın polis- Alisa Stebbin 1910-cu ildə Los-Ancelesdə fəaliyyətə başlayıb. Polislər nəqliyyatda kartın sayəsində pulsuz gedirdilər. Stebbin sürücüyə kartını göstərərkən onu danlayır və ərinin kartını istifadə etməkdə suçlayırdılar.
Stebbin bunu komandirinə deyir və onun kartına “kart qadın polisi üçün verilir” yazılır. İlk Qadın Kosmonavt – Valentina Nikolayeva Tereşkova-1963-cü il, 19 iyunda “Vostok VI ” ilə 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr edib. …Dəyərli dostlar, bu siyahını kifayət qədər uzatmaq olar.
Bəs siz bu siyahıya Azərbaycanın hansı qəhrəman qadınlarının adlarını əlavə edərdiniz? Söz sizindir, yazın, tarixi birlikdə öyrənək!
