Dəyərli tarixsevər dostlar! — həyatı və yaradıcılığı

Şrift
Dəyərli tarixsevər dostlar! — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli tarixsevər dostlar! — həyatı və yaradıcılığı.

Dəyərli tarixsevər dostlar! 1920-22-ci illərdə Azərbaycanda sovetlərə qarşı yönələn üsyanlardan bəhs olunarkən tarix dərsliklərində Qarabağ, Zaqatala, Gəncə, Şəmkir, Şəki, Quba, Lənkəran üsyanları barədə, hətta 1919-cu ildə yaradılan və ləğv edilən Muğan Sovet Respublikası barədə məlumat verilsə də, möhtəşəm Muğan üsyanından bəhs edilmir. Biz də qısaca olaraq bu barədə məlumat vermək istəyirik.

Sovet hakimiyyətinə qarşı vuruşan böyük üsyançı dəstələrdən biri də Muğanda formalaşmışdı. 1920-ci il avqustun sonundan başlayaraq bu dəstənin fəaliyyəti bölgənin bir çox kəndlərində sovet hakimiyyəti orqanlarının devrilməsi ilə başa çatmışdı. Sovet qüvvələri Qaradonlu ətrafında üsyançı dəstəni məhv etməyə cəhd göstərsə də, bu cəhd nəticəsiz qaldı.

Qaradonlu ətrafındakı 7 kənd də üsyançılara qoşuldu. Bu kəndlərin birləşmiş silahlı dəstəsinə Sarıxan adlı cəsur bir adam rəhbərlik edirdi. Həmin dəstə xeyli gücə malik idi.

Cavad qəzası İnqilab Komitəsinin sədri Baxtamov Bakıya göndərdiyi raportlarında israrla əlavə kömək göndərilməsini xahiş edirdi. Sarıxanın 4 minlik dəstəsinin qarşısını almaq üçün qəzada kifayət qədər qüvvə yox idi. Üsyançı dəstə yerlərdəki sovet qüvvələrinin müqavimətini qıraraq, sentyabrın 21-də qəzanın daha bir neçə kəndini qırmızılardan təmizlədi.

Kəndlərdə olan milislər də üsyançıların tərəfinə keçdilər. Qəza rəisi sentyabrın sonlarına aid raportlarının birində sovet hakimiyyətinin qəzadakı mövqeyinin getdikcə mürəkkəbləşdiyini və yaxın vaxtlarda təcili tədbirlər görülməzsə, Salyana qədər olan ərazilərin üsyançıların nəzarəti altına keçəcəyini bildirirdi. Qəza rəisi sovet hakimiyyətinin möhkəmləndirilməsinin yeganə yolunu XI Qızıl Ordu qüvvələrinin oraya göndərilməsində görürdü.

Çünki, bölgədəki hərbi qüvvənin əsgər və komandirləri xalqla bir olduğundan üsyançılara qarşı çıxış etmirdilər. Ancaq, sonda digər üsyanlar kimi bu çıxış da amansızcasına yatırıldı. Üsyanın lideri Sarıxanın sonrakı taleyi barədə isə dəqiq məlumat yoxdur…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗