Dəyərli tarixsevər dostlar!

Şrift
Dəyərli tarixsevər dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli tarixsevər dostlar!.

Dəyərli tarixsevər dostlar! "Azad qadın" heykəli heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb, 1960-cı ildə Bakı şəhərinin Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. Cəfər Cabbarlının "Sevil" pyesindən ilhamlanılaraq hazırlanıb.

Çadradan azad olma Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirakı, təhsil alma və işləmə hüququnu ifadə edir. Bu heykəl Fuad Əbdürrəhmanovun Azərbaycan qadını mövzusuna ilk müraciəti deyildi. O, hələ 1951-ci ildə "Azərbaycan qadını" adlı heykəl işləmişdi.

Bu heykəldə Fuad Əbdürrəhmanov müasir azərbaycanlı qadının obrazını müstəqil və güclü iradəyə malik zəngin şəxsiyyət kimi tərənnüm edir. Sənətkarın yaşadığı dövrün Azərbaycan qadınlarına xas olan səmimilik, daxili iradə və cazibədarlığı əks etdirən bu heykəl əlində kitab işıqlı gələcəyə doğru inamla addımlayan mili geyimli qadın obrazını ifadə edir. 1957-ci ildə sənətkar ilkin olaraq gipsdən hazırlanmış həmin əsərin tunc versiyasını işləyir.

Bu heykəl "Azadlıq" adı ilə İncəsənət muzeyində sərgilənir. Muzeydə əsəri görən sənətkarlar onun şəhərin mərkəzi hissələrindən birində yüksəldilməsinin zəruriliyini bildirirlər. Bundan sonra Fuad Əbdürrəhmanov heykəlin böyük versiyası üzərində işə başlayır və Azərbaycan qadınının müstəqilliyini daha qabarıq ifadə etməyə çalışır.

1959-cu ildə heykəl Leninqradda tuncdan tökülür və sonradan Azərbaycana gətirilərək ucaldılır və azadlığa, yeniliyə, inkişafa və tərəqqiyə can atan Azərbaycan qadınının rəmzinə çevrilir. Öz çadrasını ataraq müasirliyə qərar verən azad Azərbaycan qadını xalqın ağır keçmişini, bu gününü və inamlı gələcəyini özündə cəmləşdirir. Azərbaycanda çadra, ticarətin inkişaf etdiyi bütün şəhərlərdə qadın qarderobunun əsas elementlərindən biri idi.

Çadraya qarşı mübarizə 1908-ci ildə Bakıda, liberal burjua tərəfdarları tərəfindən başlanılmışdı. Lakin, etirazlar xurafatçı din tərəfdarları tərəfindən təzyiqə məruz qalır və zadəganlar geri çəkilməyə məcbur olur. Onlar razılığa gəlirlər ki, zadəganlar çadraya qarşı etirazları dayandıracaqlar, bunun əvəzində dindarlar Avropa tipli geyinmiş xanımları təhqir etməyəcəklər.

Azərbaycanın SSRİ-nin tərkibinə qatılmasından sonra, qısa müddət ərzində Azərbaycan qadınının sosial statusu dəyişir. Onlar ictimaiyyət arasına çıxaraq işləməyə başlayırlar. Bütün bu dəyişiklər özünü həm də Azərbaycan qadınının geyimində göstərir.

1920-ci illərdə çadra əleyhinə etirazlar yenidən baş qaldırır. Həmin dövrdə çadradan və xurafatdan imtina edən qız və gəlinlər evlərindən qovulurdu. Çadrasını atmış komsomol Səriyyə Xəlilova bu addımına görə atası tərəfindən öldürülmüşdü.

"Azad qadın" heykəli, həmin dövrdə Azərbaycanda hüquq və azadlıqları uğrunda mübarizə aparan qadınların qarşılaşdıqları çətinlik və haqqsızlıqlara qarşı mübarizəni əks etdirir. Həmin dövrdə hündür pyedestal üzərində ucaldılmış çadrasını çıxaran gənc azərbaycanlı xanımın heykəli Azərbaycan və Şərq qadının sosial bərabərliyinin simvolu kimi təqdim edilmişdi. Maraqlıdır ki, heykəlin prototipi Fuad Əbdürrəhmanovun həyat yoldaşı Xanım Əbdürrəhmanova (Rəhmanzadə) olub.

(X. Əbdürrəhmanova xalq rəssamı Maral Rəhmanzadənin bacısı idi)…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗