Görkəmli ictimai-siyasi xadim və mütəfəkkir Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Tu…

Şrift
Görkəmli ictimai-siyasi xadim və mütəfəkkir Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Tu…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Görkəmli ictimai-siyasi xadim və mütəfəkkir Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Tu….

Görkəmli ictimai-siyasi xadim və mütəfəkkir Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə doğulub. O, Türkiyə Respublikasında uzun müddət rəsmi vəzifələrdə çalışıb və Əli Alpsarla ailə həyatı qurub. Üsküdardakı Qızlar İnistitutunu bitirdikdən sonra təhsilini İstanbuldakı Memar Sinan adına Gözəl Sənətlər Universitetində davam etdirib.

İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açıb. Feyzavər Alpsar Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Ə. Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş "Həyat" qəzetini Azərbaycan hökumətinə hədiyyə edib.

Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa edilib. Əsərlər hazırda "İstiqlal" muzeyində qorunub saxlanılır. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə, həmçinin, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub… 25 aprel 2020-ci ildə vəfat edib.

Türkiyə Respublikasının İstanbul şəhərindəki Zəncirliquyu qəbiristanlığında dəfn edilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗