Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) d….
İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) doğulub. Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olub, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilib. Həmin dövrdə keçmiş xan və bəyləri daim itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayırdı.
İsmayıl bəy 1822-ci ildə Peterburq kadet məktəbini bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlayıb. Rusiya-Qacar (1826–1828) və Rusiya-Osmanlı (1828–1829) müharibələrində iştirak edib, ordenlərə layiq görülüb. Müqəddəs Georgi ordeni alan ilk azərbaycanlıdır.
Müharibədən sonra bir müddət Varşavada yaşayıb. O, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlib. 1841-ci ildə İ.
Qutqaşınlı istefaya çıxır, vətənə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşayır, dərs deyir. Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda "Bəy kommissiyası"nda işləyib. 1852-ci ildə Məkkəyə-Həcc ziyarətinə gedir, qayıdandan sonra yenə də Şamaxıda və Qutqaşında yaşayır. O, 14 avqust 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulur.
Belə ehtimal olunur ki, 1854-cü ildə ona ümvanlanmış, Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub erməni M. T. Loris-Məlikovun əlinə düşüb və İ.
Qutqaşınlı 1855-ci ildən nəzarət altında imiş. "Rəşid bəy və Səadət xanım" adlı şah əsəri ilə oxucu sevgisi qazanan İsmayıl bəy xanımı Tutu Bikə ilə yanaşı Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilib. Qəbələdə və Bakıda adına küçələr var…
