Azərbaycanın himninin sözlərinin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Süleyman q…

Şrift
Azərbaycanın himninin sözlərinin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Süleyman q…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycanın himninin sözlərinin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Süleyman q….

Azərbaycanın himninin sözlərinin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Süleyman qızı Bejanidze 1902-ci ildə Batumi şəhərində anadan olub. Orada qızlar gimnaziyasını bitirib. Əhməd Cavad Türk Ordusuna Yardım Fondunun katibi olduğu üçün bir müddət Batumidə yaşayıb və orada Şükriyyə xanımla tanış olub.

Onunla ailə qurmaq üçün elçi getsə də, Şükriyyə xanımın atası razılıq verməyib. Nəticədə Şükriyyə xanım Əhməd Cavadla birlikdə qaçır və onlar Gəncədə ailə qururlar. 1920-ci ildə Aprel işğalından sonra Əhməd Cavad təyinatla Qusara müəllim göndərilir.

Şükriyyə Cavad da ailəsi ilə birlikdə Qusarın Xuluq kəndinə köçür. 1922-ci ilə qədər burada yaşayırlar. Sonra Bakıya köçürlər. 1937-ci il iyunun 3-dən 4-nə keçən gecə Əhməd Cavad və həyat yoldaşı Şükriyyə xanım həbs olunurlar.

Bir neçə gün sonra Şükriyyə xanım həbsdən buraxılır. 1937-ci il oktyabrın 27-də onu təkrar həbs edirlər. Əhməd Cavad həbs olunduqdan sonra Şükriyyə Cavada təklif olunur ki, Əhməd Cavaddan boşanıb qızlıq soyadına qayıtsın. Bununla da ona toxunmayacaqlarını, əks təqdirdə isə sürgün edəcəklərini deyirlər.

Şükriyyə Cavad isə boşanmaq tələbini rədd edir. Bir neçə müddət həbsxanada saxlanıldıqdan sonra dekabrın 9-da Şükriyyə xanıma 8 il həbs cəzası verilir. Onu "xalq düşməninin ailə üzvü" kimi əmək düşərgəsinə göndərirlər.

Cəzasını çəkmək üçün 1938-ci il fevralın 2-də Vətən Xainləri Xanımlarının Akmola Düşərgəsinə çatır. 1945-ci il oktyabrın 14-də həbs müddəti bitdikdən sonra azadlığa çıxır və Azərbaycana qayıdır. Bakıda yaşamasına icazə vermədiklərinə görə Şəmkirə köçür.

Sürgündən qayıtdıqdan sonra bir neçə il Əhməd Cavadın hələ sağ olduğunu düşünüb. Onunla həbsxanada görüşə bilmək üçün uzun illər, müxtəlif dövlət orqanlarına, SSRİ Nazirlər Sovetinin sədrinə belə müraciət edib. Yalnız 1955-ci ildə ona Əhməd Cavadın 1937-ci ildə öldürüldüyü xəbərini veriblər.

1955-ci ilin dekabr ayında bəraət qazanıb. 1993-cü il oktyabr ayında Şəmkirin Çinarlı kəndində dünyasını dəyişib. Atası Süleyman bəy Bejanidze acar knyazlarının nəslindən olub.

Əsilləri Zendidi kəndindəndir. Burada onların ailə qəbiristanlıqları var, mülkləri və limanları da olub. Şükriyyə Cavad və Əhməd Cavadın 5 övladı olub.

Niyazi, Aydın, Tuqay, Yılmaz adlı oğulları və Almaz adlı qızları. 1936-cı ildə qızları Almaz 16 yaşında sarkoma xəstəliyindən dünyasını dəyişib. Əhməd Cavadın öldürülməsindən və Şükriyyə Axundzadənin sürgün edilməsindən sonra 2 yaşlı Yılmaz körpələr evinə verilir.

14 yaşlı Tuqay çətin tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulmuş yetimxanaya, 16 yaşlı Aydın isə Keşlə həbsxanasına göndərilmişdi…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗