Həmid ağa Xəlil oğlu Şahtaxtinski 12 mart 1880-ci ildə Naxçıvan qəzasının Şahtaxtı kəndin…

Şrift
Həmid ağa Xəlil oğlu Şahtaxtinski 12 mart 1880-ci ildə Naxçıvan qəzasının Şahtaxtı kəndin…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Həmid ağa Xəlil oğlu Şahtaxtinski 12 mart 1880-ci ildə Naxçıvan qəzasının Şahtaxtı kəndin….

Həmid ağa Xəlil oğlu Şahtaxtinski 12 mart 1880-ci ildə Naxçıvan qəzasının Şahtaxtı kəndində doğulub. Naxçıvanda mollaxanada, üçüncü dərəcəli şəhər məktəbində oxuyub. İrəvan müəllimlər seminariyasını(1899) bitirib.

Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlayıb. İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olub. Odessada Novorossiysk Universitetinin hüquq fakültəsini bitirib (1912), tələbəlik illərində oradakı "Azərbaycanlı həmyerlilər təşkilatı”nın başçılarından olub.

1912-ci ildə Gəncəyə gələrək, şəhərin ictimai-siyasi həyatında iştirak edib. 1914-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının xalq məktəbləri inspektoru təyin edilib. 2 ilə yaxın Yelizavetpol dairə məhkəməsində andçı-müvəkkilin köməkçisi vəzifəsində, sonra Bakıya köçərək, dairə məhkəməsində eyni vəzifədə çalışıb.

Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlayıb. 1917-ci ildən "İttihad" partiyasının üzvü olub. 1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar kimi çalışıb.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında İstiqlal Bəyannaməsi qəbul edilərkən Şahtaxtinski müstəqilliyin lehinə səs verən Milli Şuranın 24 üzvündən biridir. AXC-nin 2, 3 və 4-cü hökumət kabinetlərində maarif nazirinin müavini, 5-ci hökumət kabinetində maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa verib), Azərbaycan Parlamentinin üzvü olub. Şahtaxtinski Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyalarının açılmasına böyük əmək sərf edib.

Bakı Dövlət Universitetinin təşkilində xidməti olub, orada müəllim, prorektor (1919-1925), həmçinin Bakı xalq maarifi şöbəsinin nəzdindəki İkiillik Müəllimlər İnstitutunda işləyib. Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirib. 1929-cu ildə professor adını alıb və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930-1940) işləyib.

Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olub, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak edib. Repressiyaya məruz qalıb, 1941-ci ildə həbs və sürgün edilib. 1944-cü il fevralın 3-də Arxangelskdə vəfat edib ..

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗