Sima Eyvazova 2 oktyabr 1933-cü ildə Bakı şəhərində həkim ailəsində doğulub.

Şrift
Sima Eyvazova 2 oktyabr 1933-cü ildə Bakı şəhərində həkim ailəsində doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sima Eyvazova 2 oktyabr 1933-cü ildə Bakı şəhərində həkim ailəsində doğulub..

Sima Eyvazova 2 oktyabr 1933-cü ildə Bakı şəhərində həkim ailəsində doğulub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 16 yaşında başlayıb.

23 yaşında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləyib. 26 yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərib. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirib.

Daha sonra onu SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürublər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olub. Üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək yüksəlib. 1982-ci ildə Azərbaycan SSR KP MK-nın 1-ci katibi Heydər Əliyev onu Azərbaycan SSR-in xarici işlər naziri vəzifəsinə dəvət edir və Sima Eyvazova bir müddət bu vəzifədə çalışır.

Daha sonra SSRİ XİN onu xaricdə vəzifəyə təyin edir. 1985-ci ildə Sima Eyvazova BMT-nin Cenevrədəki (İsveçrə) bölməsində məsul vəzifəyə təyinat alıb. O, burada SSRİ dağılanadək çalışıb. SSRİ dağılan ərəfədə- 1991-ci ilin oktyabr ayında Sima Eyvazova BMT-nin Cenevrədəki bölməsində sovet diplomatiya xidmətindəki vəzifəsindən istefa verərək, müstəqil Azərbaycan Respublikasının bu qurumdaki nümayəndəsi kimi qeydiyyata alınıb.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1997-ci il 4 mart tarixli Fərmanı ilə Sima Eyvazovaya Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri rütbəsi verilib və bununla yanaşı o, BMT-nin Cenevrədəki bölməsində və İsveçrədəki digər beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edilib. 28 iyun 1999-cu ildə ezamiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən o, geri çağırılmışdır. O, 6 xarici dil bilirdi ki, bunlardan da 3-ü BMT-də rəsmi dillərindən olan rus, ingilis və fransız dilləri idi. Sima Eyvazova müstəqil Azərbaycanın tarixində ilk peşəkar diplomat qadın olub.

Eyni zamanda keçmiş SSRİ-də ilk qeyri-rus qadın diplomat kimi tarixə düşüb. O, SSRİ Xarici İşlər Nazirliyi yanındakı Ali diplomatiya məktəbində təhsil almış qeyri-rus milliyətinən olan ilk qadın diplomatdır. Sima Eyvazova 6 may 2009-cu ildə İsveçrənin Cenevrə şəhərində vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗