Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində doğulub..
Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində doğulub. 1908-ci ildə gimnaziyanı bitirib. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən ictimai fəaliyyətə başlayıb, qəzet və jurnallara məqalələr yazıb.
Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs edib. 1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ. İ.
Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirib. 1916-cı ilədək Odessada həkim, 1916–1929-cu illərdə Bakıda hərbi lazaretdə, Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərbaycan Dövlət Universitetinin tibb Fakültəsində dosent vəzifəsində işləyib. 1945–1947-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti olub. 1916 ildə əsaslı cərrah peşəsinə yiyələnən gənc Bakıya qayıdır.
1920-ci ildən etibarən Mixaylovsk xəstəxanası cərrahiyyə şöbəsinin ordinatoru, sonralar Azərbaycan Dövlət Universitetinə öncə prorektor, bir müddət sonra operativ cərrahiyyə və topoqrafik anatomiya kafedrasında ordinator vəzifəsində işləməyə dəvət edilir. Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindəndir. 1927-ci ildə Mirəsədulla Mirqasımov tədqiqatlarını birləşdirərək "Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar" mövzusunda ilk dəfə doktorluq dissertasiyası müdafiə edir.
M. Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə özünəməxsus yer tutub. İstedadlı alim müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının motivləri əsasında 1928-ci ildə monoqrafiya çap etdirib və indi də öz praktiki əhəmiyyətini, aktuallığını itirməyib.
Bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnir, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyur. 1929-cu ildə isə professor adını alır. M.
Mirqasımov Azərbaycan SSR EA-nın və Tibb Universitetinin təşkilatçılarından biri olub və 1945-ci ildə Azərb. SSR EA-nın həqiqi üzvü (akademik) seçilib. 1919–1929-cu illərdə ADU-nun tibb fakültəsinin dosenti, 1931–1958-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun hospital cərrahlıq kafedrasının müdiri olub.
EA-nın təsis edilməsi cəmiyyətin əyani və nəzəri tələbatlarını, respublikada iqtisadiyyatın inkişafına, sürətlə inkişaf edən elm sahələrinin və elmi fikirləri istiqamətləndirən vahid elm ocağının fəaliyyət göstərməsi zərurətindən irəli gəlirdi. Namizədliyi irəli sürülən 41 nəfərdən 15-i respublika Elmlər Akademiyasının həqiqi üzvü (akademik) olaraq təsdiqləndi. İlk ümumi yiğincaqda Elmlər Akademiyasının prezidenti yekdilliklə M.
Ə. Mirqasımov seçildi. Elə həmin yığıncaqda EA-nın Rəyasət Heyətinin tərkibi təsdiqləndi, akademiklər M.
Ə. Mirqasımov, Ş. Ə.
Əzizbəyov, H. N. Hüseynov, M.
Ə. Qaşqay və Y. H.
Məmmədəliyev Rəyasət heyətinin tərkibinə daxil oldular. Yüksək ixtisaslı kadrların hazırlanmasında onun danılmaz xidmətləri var. Cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərsliyin müəllifidir.
Azərbaycanın əməkdar elm xadimidir. Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və medallarla təltif edilin. Ümumiyyətlə, 6 monoqrafiya və dərsliyi, 50 elmi əsəri nəşr olunub.
Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu 20 iyul 1958-ci ildə Bakı şəhərində vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn edilib. Kinorejissor Oqtay Mirqasımovun və heykəltəraş Mirəli Mirqasımovun atasıdır.
Aktrisa Ayan Mirqasımovanın babasıdır… ALLAH RƏHMƏT ELƏSİN!
