Bilqeyis Əhməd qızı Həşimzadə, görkəmli alim, Azərbaycanda ilk hüquqşünas qadın, ictimai…

Şrift
Bilqeyis Əhməd qızı Həşimzadə, görkəmli alim, Azərbaycanda ilk hüquqşünas qadın, ictimai…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bilqeyis Əhməd qızı Həşimzadə, görkəmli alim, Azərbaycanda ilk hüquqşünas qadın, ictimai….

Bilqeyis Əhməd qızı Həşimzadə, görkəmli alim, Azərbaycanda ilk hüquqşünas qadın, ictimai xadim və Azərbaycanda qadın hərəkatının aparıcı üzvü olub. Bilqeyis xanım 1900-cü il, dekabrın 5-də Şəki (Nuxa) şəhərində doğulub. Erkən yaşlarından oxumağı və yazmağı öyrənib.

Bu isə həmin dövr üçün nadir hal idi. Bilqeyis xanım Şəki şəhərində Rzaqulu bəyin qızlar üçün yaratdığı gimnaziyada oxuyurdu. Həmin məktəbdə Nəriman Nərimanovun qardaşı qızı Nabat Nərimanova dərs deyirdi.

Bilqeyis xanımın yetişməsində Nabat Nərimanovanın da xidməti olub. Bilqeyis xanım gimnaziyada təhsilini başa çatdırdıqdan sonra bir müddət orada çalışıb. 1923–1926-cı illərdə kənd məktəbində müəllimlik edib.

Daha sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. Bilqeyis xanım Həşimzadə müxtəlif ictimai vəzifələrdə fəal çalışıb. 1925–1928-ci illərdə Şəki Qəza Komitəsinin şöbə müdiri işləyir.

1928-ci ildə Bakıya rəhbər işə dəvət edilir. O, 1928–1938-ci illərdə keçmiş Azərbaycan SSR Baş Prokurorunun müavini, Azarbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru (1938–1941), Azərbaycan SSR Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri (1941–1945) işləyib. 1945-ci ildə hüquq üzrə namizədlik dissertasiyasi müdafiə edən B.

Ə. Həşimzadə 1945–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Cinayət Hüququ kafedrasinda çalışıb. İlk azərbaycanlı hüquqsünas qadın, ilk azərbaycanlı qadın- hüquq elmləri namizədi, ilk azərbaycanlı qadın institut rektoru Bilgeyis Əhməd qızı müxtəlif vaxtlarda məsul ictimai işlərdə çalışıb.

Bilqeyis xanım iş həyatı boyunca kəndlərdən gələn istedadlı və maddi çətinliklərlə qarşılaşan gənclərin təhsil almasında onlara dəstək göstərib. Hətta yaşadığı mənzilin otaqlarından birini qalacaq yeri olmayan bu cür gənclərin istifadəsinə verib. Dosent B.

Ə. Həşimzadə bir çox elmi tədqiqat və publisistik əsərin müəllifidir. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ilk qadın rektoru Bilqeyis Həşimzadənin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Bilqeyis xanım Şəki şəhərində kənd müəllimi Həşimzadə Şükür Əfəndi ilə ailə gurub. Həşimzadə Şükür Məhəmməd oğlu Şəkinin Qoxmux məktəbinin direktoru olub," Azərbaycanın əməkdar müəllimi" fəxri adına layiq görülüb və "Lenin ordeni" ilə təltif edilib. Bilqeyis xanımın üç oğlu olub.

Onun böyük oğlu Karel-Fin və Böyük Vətən Müharibəsinin iştirakçısı və qəhrəmanı olub. Bilqeyis xanımın qardaşı Həsənli Lütfəli 1942-ci ilin yanvarında Böyük Vətən Müharibəsində qəhrəmancasına həlak olub. Bundan sonra o, qardaşının qızı Həsənli Zemfiranın böyüməsinə və təhsil almasına böyük dəstək verib.

Bilqeyis Həşimzadə 1961-ci il, fevralın 26-da Bakıda vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗