Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Xocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V–VI əsrlərdə çəkilib Qədim İpək Yolunun üstündə….
Xocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V–VI əsrlərdə çəkilib Qədim İpək Yolunun üstündə yerləşən bu kənd bəzi mənbələrdə Xoca Həsən, bəzilərində isə Hacı Həsən kimi yazılır. Tarixi mənbələrdə qeyd olunur ki, bu kənd XVII əsrdə yaşamış, zəmanəsinin tanınmış taciri Xoca Həsənin şərəfinə belə adlandırılıb Tarixçi Sara Aşurbəyli bu kəndin adını "Xocasən" kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərib. Qədim İpək yolunun üstündə yerləşən kəndin arxa hissəsi Qobu dağları, ön hissəsi Kiçik və Böyük Daş adlanan dağlarla əhatə olunub.
Kənddə üç qəbilə olub: Yarəhmədlilər (Dağıstandan gələnlər); çobanlar (Siyəzəndən gələnlər); hamamçılar (Qubadan gələnlər). Bu kənddə 3 ovdan (su yığıb saxlamaq üçün qurulan yeraltı hovuz) yerləşir. Onlardan biri-Ortalıq adlanan ovdan bu günədək qalmasa da, digər iki ovdan-Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı və Hacı Rəsul Ovdanı hazırda kəndin ərazisində öz varlığını qoruyub saxlayıb.
Kənddən təxminən min metr şimalda qədim Şah Abbas karvansarası olub. Bu karvansara 1947-ci ilədək hərbi hissə kimi istifadə edlib. Hərbi hissə oradan köçürüləndən sonra sovet ordusu tərəfindən dinamit qoyularaq partladılıb.
Kəndin qədim məscidi də var. Müxtəlif vaxtlarda kənd və qəsəbə kimi gah ayrıca inzibati ərazi vahidi, gah da Biləcəri qəsəbə inzibati ərazi dairəsinin tərkibində mövcud olub İnzibati ərazi dairəsinə Xocəsən və Sulutəpə qəsəbələri daxildir. Qəsəbələr hal-hazırda tam bir-biri ilə birləşib və faktiki olaraq bir qəsəbə olub.
Binəqədi rayonu ərazisində yerləşən Xocəsən qəsəbəsinin ərazisi 18 kv. km olmaqla rayon mərkəzindən 9 km məsafədə yerləşir. “Stend Atıcılığı İdman Komleksi” və Bakı Beynəlxalq Avtovağzalı da qəsəbə ərazisində yerləşir.
Qəsəbə ərazisində Böyük Vətən Müharibəsində həlak olmuş xocəsənlilərin xatirəsinə inşa edilmiş abidə kompleksi var… Bəs siz Xocəsən haqqında nə bilirsiniz? Yazın.
tarixi birlikdə öyrənək!!!
