Xanzadə Sultan 19 sentyabr 1923-cü ildə Konstantinopolda, ailəsinin yeni yaşamağa başladı…

Şrift
Xanzadə Sultan 19 sentyabr 1923-cü ildə Konstantinopolda, ailəsinin yeni yaşamağa başladı…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Xanzadə Sultan 19 sentyabr 1923-cü ildə Konstantinopolda, ailəsinin yeni yaşamağa başladı….

Xanzadə Sultan 19 sentyabr 1923-cü ildə Konstantinopolda, ailəsinin yeni yaşamağa başladığı Dolmabağça sarayında doğulub.(O doğulanda İstanbul hələ Konstantinopol adlanırdı, sonra Atatürkün islahatı ilə İstanbul adlandırılıb). Atası Şahzadə Ömər Fərrux Əfəndi son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu, anası Sabiha Sultan isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı idi. Xanzadə ailənin ortancıl qızı idi və Fatma Nəslişah və Nəcla adlı 2 bacısı vardı. 3 mart 1924 tarixli 431 saylı qanunla 6 aylıq Xanzadə Sultan ailəsiylə birlikdə sürgün olunur.

Uşaqlıq və gənclik illəri Fransanın Nitsa şəhərində keçirir. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrənirlər. 17 yaşında ailəsinin istəyilə Misirin kral ailəsindən olan Məhəmməd Əli İbrahimlə (29 aprel 1900, Qahirə – 2 iyul 1977-Paris) ailə qurur.

Bu nikahdan 2 övladı – Fazilə və Əhməd dünyaya gəlir. 1952-ci ildə Misirdə baş verən çevriliş səbəbindən ailəsiylə birlikdə yenidən sürgünə gedir. Paris şəhərinə köçən Xanzadə Sultan ölənədək burada qalır. Qızı Fazilə İbrahimi İraq kralı II Faysalla evləndirmək istəsə də, 1958-ci ildə İraqda baş verən çevriliş nəticəsində kral öldürülur və bu nikah baş tutmur.

Xanzadə Sultan 19 mart 1998-ci ildə Parisdə vəfat edir. Cənazəsi 27 martda Türkiyəyə gətirilir və Aşiyan məzarlığında dəfn olunur…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗