Bəhram bəy Kərimbəyli — həyatı və yaradıcılığı

Şrift
Bəhram bəy Kərimbəyli — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bəhram bəy Kərimbəyli — həyatı və yaradıcılığı.

Bəhram bəy Kərimbəyli 1896-cı ildə Cəbrayıl qəzasının Kərimbəyli obasında doğulub. Qaryagin 2 sinifli rus-tatar məktəbini bitirəndən sonra, 1915-ci ildə Bakıya gəlib. Gündüzlər işləyib, gecələr həkimlik kursunda oxuyub.

Nəriman Nərimanovun muhazirələrini dinləyib. Kursu bitirəndən sonra doktor Rəfibəylinin köməkliyi ilə Zurnabad taun əleyhinə stansiyasında feldşer işləyib. Sonra Bakıda hərbi məktəbdə oxuyub.

General-leytenant, müdafiə naziri Səməd bəy Mehmandarovdan dərs alıb. Hərbi məktəbi bitirəndən sonra AXC devrilir, Azərbaycanda sovet hökuməti qurulur. 1920-ci ilin aprelin 30-da Hərbi-Dəniz Komissarı Çingiz İldırımın adyutantı, şəxsi yavəri vəzifəsinə təyin edilir Çingiz İldırım onu əlahiddə qrupun rəisi təyin edərək özü və Dadaş Bünyadzadə ilə Qarabağa aparmışdı.

Onlar Qarabağda Şura hökumətini yaradılmasında iştirak etmişdilər. Bəhram Kərimbəyli dəstəsi ilə birgə Şuşa şəhərində Bahadur bəy Vəlibəyovu, Hüsü Hacıyevi, Molla Cəlalı (Qırmızı mollanı), Qaryagin şəhərində isə həbsxanada güllələnmə altında yatan İbrahim bəy Ağakişiyevi, Əbdül Məmmədovu, Dadaş Xankişiyevi həbsxanadan azad etmişdi. 1920-ci ilin iyun ayında komissar Əliheydər Qarayevin əmri ilə qrup rəisliyindən 2-ci Azərbaycan Süvari Alayına taqım komandiri vəzifəsinə dəyişilmişdi.

Alay Ağdam bölgəsində, Novruzlu kəndində yerləşirdi. Bir müddət burda xidmət edəndən sonra, Bakıya çağrılır, gəmi ilə Lənkərana göndərilir. Oradan kəşfiyyatçılar kursuna ezam olunur.

Kursu tamamlayandan sonra süvari briqadanın briqada rəisi vəzifəsinə təyin edilir. Sonra süvari alayın kəşfiyyat dəstəsinin rəisi vəzifəsinə göndərilir. Bəhram bəy Kərimbəyli 1921-ci ildə alayın başında İrana, Ənzəli limanına keçmiş, Bakı neftini ələ keçirmək istəyən ingilislərə qarşı cəbhə açmışdı.

Bir ilə yaxın İranda vuruşmuşdu. Səfidrud çayının kənarında, "İmamzadə Həşim" məqbərəsinin ətrafında ingilis təyyarəsini vurmuşdu. Qızıl saatla təltif olunmuşdu.

Bəhram bəy İran ordusu ləğv olunadan sonra, 1921-ci ilin sonunda Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığına çağrılmış, Cəbrayıl qəzasının sərhəd dəstəsinə komandir təyin olunmuşdu. Bu dəstəyə Qaradonlu, Qaryagin, Cəbrayıl, Zəngilan və Muğru bölgələrinin qorunması daxil idi. 1922-ci ilin sonunadək sərhəd dəstəsinə başçılıq etmişdi.

1923-cü ildə sərhəd dəstəsinin yenidənqurulması ilə bağlı Xalq Daxili İşlər Komissarlığına çağrılır, 10 may 1924-cü ildə Cəbrayıl qəzasının milis rəisi təyin edilir. Burada M. Məmmədxanovla, Ə.

Qarayevlə, M. Nağıyevlə birgə çalışir. 1926-cı ildə Ağdam qəzasına dəyişilir, hələ çoxdan tanıdığı Hüsü Hacıyevlə birgə işləyir.

H. Hacıyev qəza icraiyyə komitəsinin sədri, о isə milis rəisi idi. Qaryagində vəziyyət yenidən pisləşəndə, M.

Məmmədxanov onu yenidən qəzaya dəvət etmişdi. Bəhram bəy 10 yanvar 1927-ci ilədək qəza milis rəisi olmuşdu. Bəhram bəy 11 yanvar 1927-ci ildə Cəbrayıl qəzasının icraiyyə komitəsinin inzibati şöbəsinin rəisi vəzifəsinə təyin edilir.

Bir müddət burada işləyəndən sonra istefa verir, mülki işə keçir. Bakı Süd Kombinatında çalışır. 1941-ci ildə ağır xəstələnir, uzun müddət əməklə məşğul ola bilmir.

Bəhram bəy ittifaq əhmiyyətli təqaüdçü idi. Bir çox orden-medallarla, fəxri fərmanlarla təltif edilib. Gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi ilə məşğul olub.

Publisistik məqalələr yazmış, xatirələrini qələmə alıb. 1977-ci ildə Bakı şəhərində vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗