Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağa Nemətulla — həyatı və yaradıcılığı.
Ağa Nemətulla 1896-cı il fevralın 15-də Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. 4 yaşında ikən anasını itirən Ağa atası ilə birlikdə mülkədar Sultan bəyə məxsus kənddə çalışıb. Atası Sultan bəyin torpaq sahələrində işləyib, Ağa isə bəyin mal-qarasını otarıb.
O, uşaq ikən dayısının "böyüyəndə gələrsən yanıma, soruşarsan, Balaxanıda Cavanşirov mədənini" sözlərini xatırlayaraq və Bakıya getməyi qərara alır. Onun dayısı Cavanşirova məxsus neft mədənlərində işləyirdi. Ağa imkanı olmadığı üçün Mir Ağa adlı bir kişi ilə tanış olur və bu xeyirxah insanın köməyi ilə İran Astarasından gəmi ilə Bakıya gəlir.
1915-ci ildə Bakıda Ramana neft mədənlərində işləməyə başlayır. 1932-ci ildə qazma ustası olur, sonralar Putada sahə rəisi, qazma kontorunun direktoru, TREST müdiri, 1956–1958-ci illərdə Azərbaycan dəniz neft kəşfiyyatı TRESTinin 1 nömrəli Gürgən qazma kontorunda buruq ustası işləyir 1942–1943-cü illərdə Özbəkistan SSR-də neft quyularında qazılmasında iştirak edir. A.
Nemətulla turbinlə maili və iki lüləli qazmanın yaradıcısı hesab edilir. 1941-ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq turbinlə maili quyu qazıb 1927-ci ildən Sov. İKP üzvü olub.
1937-ci il dekabrın 12-də Naxçıvan zəhmətkeşləri onu SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçiblər Azərbaycan SSR Ali Sovetinin (2-ci, 4-cü çağırış) deputatı olub. O, iki dəfə Lenin ordeni və başqa orden, medallarla təltif edilib. Xəzər Gəmiçiliyi İdarəsinin gəmilərindən birinə Ağa Nemətullanın adı verilibBakıda mərkəzi küçələrdən biri Ağa Nemətullanın adını daşıyır.
Ağa Nemətulla 1927-ci ildə əslən İranın Ərdəbil şəhərindən olan Anabəyim xanımla ailə qurur. Onların 2 qızı, 6 oğlu, 12 nəvəsi və 9 nəticəsi olub. Ağa Nemətulla 1958-ci ildə Bakıda vəfat edib…
