… Məmmədəli Abbasov — həyatı və yaradıcılığı

Şrift
… Məmmədəli Abbasov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə … Məmmədəli Abbasov — həyatı və yaradıcılığı.

… Məmmədəli Abbasov 1920-ci ildə Bərdədə doğulub. Müharibədən əvvəl Bərdə rayonunun Lənbəran kəndində müəllim işləyib.

1940-cı ildə Qızıl Ordu sıralarına qoşulub, snayper ixtisası üzrə hazırlıq keçib. Onun snayper olmasında boyunun balaca olması da müəyyən rol oynayıb. Böyük Vətən Müharibəsinin ilk günlərindən döyüşlərin iştirakçısı olub.

1942-ci ilin oktyabrından serjant rütbəsində Şimal donanmasının dəniz piyadalarının 63-cü Qırmızı Bayraqlı briqadasının 2-ci əlahiddə atıcı batalyonunun tərkibində vuruşub. 1942-ci il noyabrın 30-da Abbasov döyüşdə yaralanıb və hospitala təxliyə edilib. 1943-cü il fevralın 23-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qırmızı Bayraq" ordeni ilə təltif olunub. Abbasov hospitalda müalicə aldıqdan sonra dəniz qüvvələrinin 63-cü briqadasına qayıdıb. 13 sentyabr 1943-cü ildə, "Qırmızı Ulduz" ordeni ilə təltif olunub. 1943-cü ilin sonunda Məmmədəli Abbasovun hesabında artıq düşmənin məhv edilmiş 187 əsgər və zabiti var idi.

Abbasov 1944-cü ilin fevralınadək istirahətdə olur, sonra yenidən ön cəbhəyə göndərilir. 1944-cü ilin mayında o, artıq şimal dəniz donanmasının ən yaxşı 4 snayperindən biri sayılırdı. 1944-cü ildə Leninqrad ətrafındakı döyüşlərdə iştirak edib. 1944-cü ilin oktyabrında Peçenqa vilayətinin və şəhərinin azad olunmasında iştirak edib. Petsamo-Kirkenes əməliyyatında iştirak etdiyinə görə "II dərəcəli Vətən Müharibəsi" ordeni ilə təltif olunub.

Abbasov 1944-cü ilin dekabrın 20-dən 1945-ci ilin mayınadək dəniz piyadalarının 63-cü Kirkenes Qırmızı Bayraqlı briqadasının çavuş məktəbində kursant vəzifəsində olub. 100 ən məhsuldar sovet snayperlərindən biridir… Müharibədən sonra starşina Məmmədəli Abbasov evinə qayıdıb, yenidən oxumağa başlayıb və institutu bitirərək aqronom ixtisasına yiyələnib…1985-ci ildə "I dərəcəli Vətən Müharibəsi" ordeni ilə təltif olunub. 1990-cı ildə vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗