Dəyərli dostlar!

Şrift
Dəyərli dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.

Dəyərli dostlar! Yəqin razılaşarsınız ki, 1 saylı Bakı şəhər klinik xəstəxanasına yolu düşənlər Musa Nağıyev əvəzinə "SEMAŞKO xəstəxanası" ifadəsini işlədirlər. Sovet dövründə onun adı çox təsisatlara verilsə də, daha çox xəstəxana ünvanı kimi tanınır.

Bəs o, əslində kim olub? Niikolay Semaşko 20 sentyabr 1874-cü ildə Rusiya imperiyasının Orlov quberniyasının Lipetsk vilayətində sadə pedaqoq ailəsində doğulub. 1891-ci ildə Yelets qimnaziyasında təhsil alıib, daha sonra təhsilini Moskva Universitetinin tibb fakultəsində davam etdirib.

1906-cı ildə İsveçrəyə emiqrasiya olunub, Cenevrədə yaşayıb və orada siyasətçi Vladimir Leninlə görüşüb. 1907-ci ildə Semaşko 2-ci Beynəlxalq Ştutqart Konqresində Cenevrə bolşevik təşkilatının nümayəndəsi olur. Tiflisdə izlənilən Sarra Raviçin Semaşkoya məktub göndərməsi səbəbilə həbs edilir (bəzi mənbələrə görə 377 gün).

1913-cü ildə o, Serbiya və Bolqarıstan sosial-demokratik hərəkatında iştirak edir. Müasir Rusiyanın ilk sovet komissarlarından olan Semaşko dünya ölkələrində istifadə olunacaq yeni tibb modeli yaradır. Oktyabr inqilabından sonra o, Moskva Sovetində tibb-sanitar şöbəsinə rəhbərlik edir.

1918–1930-cu illərdə Semaşko Rusiyanın xalq səhiyyə komissarı olur. 1927-ci O, qida institutunun yaradılması ilə bağlı məsələ qaldırır. Belə bir institut 1930-cu ildə Mərkəzi Dövlət Qida İnstitutu adı altında yaradılır.

Semaşko ömrünün sonunadək (1949-cu il) Rusiya tibbinə, o cümlədən, dünya tibb sahəsinə böyük töhfələr verir. 1949-cu ildə vəfat edir və Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunur… "Semaşko"ya yolunuzun düşməməsi arzusu ilə, Namiq Həsənov

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗