Maqsud Məmmədov — həyatı və yaradıcılığı

Şrift
Maqsud Məmmədov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Maqsud Məmmədov — həyatı və yaradıcılığı.

Maqsud Məmmədov 1897-ci ildə İrəvan şəhərində kəndli ailəsində doğulub. İrəvan gimnaziyasında oxuyub. Əmək fəaliyyətinə 1915-ci ildə doğulduğu şəhərdə müəllim kimi başlayıb.

1920-ci ildən 1923-cü ilədək Bakı Şəhər Xalq Ərzaq Komissarlığı İdarəsinin rəisi vəzifəsində çalışıb. 1925–1927-ci illərdə Naxçıvan MSSR Fövqəladə Xalq Maliyyə Komissarlığında, 1929–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olub. 1931-ci ildə Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışıb. Elə həmin ildə Azərbaycan K(b)P MK-nın katibi təyin edilən Maqsud Məmmədov 1933-cü ilə kimi bu vəzifədə işləyib.

1933–1934-cü illərdə Azərbaycan Partiya Tarixi İnstitutunun direktoru olub. Partiya işində zəngin təcrübəsini nəzərə alaraq yenidən Azərbaycan K(b)P Mərkəzi Komitəsində işləməyə dəvət edilib. 1936–1937-ci burada şöbə müdiri işləyib. 1937-ci il iyulun 29-dan sentyabrın 19-a qədər "Azərnəşr"in direktorunun səlahiyyətlərini icra edib. Maqsud Məmmədov Azərbaycan K(b)P MK-nın büro üzvü seçilib, 1933-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında ilk dəfə Azərbaycan dilində nəşr olunan V.

İ. Leninin "Seçilmiş əsərləri"nin redaktor və tərcüməçilər qrupunun tərkibində təmsil olunub. 1920-ci ilin sentyabrından Kommunist Partiyasının üzvü olan Maqsud Məmmədov 1925–1927-ci illərdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin, 1930–1934-cü illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin, 1931-ci ildən Azərbaycan K(b)P MK-nın, 1931–1933-cü illərdə Ümumittifaq K(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü seçilib.

Dövlətə qarşı fəaliyyət göstərməkdə təqsirləndirilən və saxta ittihamlarla günahlandırılaraq repressiya qurbanı olan Maqsud Məmmədov 1937-ci ilin sentyabrında Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunub və güllələnib. 1957-ci ildə ona bəraət verilib. Maqsud Məmmədov İrəvanın məşhur ziyalılarından olan Abbas Məhəmmədzadənin qardaşı oğludur…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗