1828-ci ilin fevralında Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedo…

Şrift
1828-ci ilin fevralında Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedo…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1828-ci ilin fevralında Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedo….

1828-ci ilin fevralında Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Aleksandr Qriboyedov Rusiyanın İrandakı səfiri təyin edilir. Qriboyedovun əsas vəzifəsi sülh müqaviləsinin maddələrini yerinə yetirməsinə nail olmaq və təzminatın ödənilməsinə nəzarət idi. 20 oktyabr 1828-ci ildə Qriboyedov Rusiya imperiyasının Xarici işlər naziri qraf Karl Nesselroda məktubunda yazırdı: "Abbas Mirzə hərəmxanadan əla qızıl şamdan və müxtəlif əşyaları külçələrə əritməyi əmr etdi, onların zərgərlik dəyəri qızılın özü qədər bahalıdır…" Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra bir çox ermənilər bu fürsətdən istifadə etdilər. 1829-cu ilin yanvarından başlayaraq çoxlu sayda erməni səfirliyə axışaraq Qriboyedovdan Rusiya imperiyasının işğal etdiyi Cənubi Qafqaz ərazisinə köçmək üçün icazə istədi.

Şah hərəminin xədimi, şahın qiymətli daşlarının baş xəzinədarı və mühafizəçisi, erməni Mirzə Yaqub Markaryan bu razılaşmadan istifadə edərək qaçıb səfirlikdə gizləndi. Şah onun təhvil verilməsini tələb etsə də, Qriboyedov bundan imtina etdi. Yaqub şahın xəzinəsini qarət etməkdə günahlandırıldı və onun başına mükafat qoyuldu.

Şahın qohumu Allahyar xan Dəvəli-Qacarın hərəmindən 2 erməni qadının rus missiyasına gəlməsi ilə şahla Qriboyedov arasında gərginlik daha da kəskinləşdi. Qacarlar rus səfirliyi əməkdaşlarının və şəxsən səfir Qriboyedovun şah sarayının etiket qaydalarını sistematik şəkildə pozduğunu, bəzən isə ən itaətsiz şəkildə hərəkət etdiyini bildirirdilər. 1829-cu il yanvarın 30-da (11 fevral) Əliyar xan başda olmaqla tehranlılar Rusiya səfirliyinə hücum etdi. Hücumun təşəbbüskarı mücahid Mesih olub.

Qacar rəsmilərinin ifadələrinə görə, həmin gün səfirlikdə yüz minə yaxın adam toplaşmışdı. Sui-qəsdin liderləri onlara nəzarəti tez itirdilər. Qriboyedov düşdüyü təhlükəni qabaqcadan gördüyündən hücumdan bir gün əvvəl şaha nota göndərdi.

35 kazakdan ibarət missiyanın mühafizəsi müqavimət göstərdi, lakin qüvvələr qeyri-bərabər idi. Qriboyedov kazakların müdafiə etməyə çalışdığı ön qapıya endi, həm də müqavimətdə iştirak etdi. Döyüşdə missiyanın bütün tərkibi və Qriboyedovun özü öldü.

Onun tanınmaz halda parçalanmış cəsədi səfirlik formasının qalıqları arasında, 1818-ci ildə Aleksandr Yakuboviçlə dueldə alınan köhnə yara ilə müəyyən edildi. Bütün Rusiya səfirliyindən yalnız qırğın zamanı gizlənməyi bacaran missiyanın katibi Maltsov sağ qala bildi. Həlak olanlar arasında A.

S. Qriboyedov- missiyanın rəhbəri, diplomat və yazıçı; S. İ.

Melikov-Qacar şahının baş xədimi Mənuçöhr xanın bacısının oğlu; Mirzə Nəriman Şahnəzərov-missiyanın tərcüməçisi; Səfirliyin ikinci katibi Adelunq; həkim; nökər ağaları Dadaş bəy və Rüstəm bəy… 16 Kuban kazakı və 30 nəfər- müsəlmanlar, ruslar, gürcülər və ermənilərdən ibarət səfirlik xidmətçisi də var idi. Maltsovun qeydlərinə görə, hücum nəticəsində səfirlikdəki 38 nəfərin hamısı və 19 hücumçu həlak olub. Vladimir Kosoqovskinin arxivinə görə, təkcə Qriboyedov hücum edənlərə atəş açaraq 18 nəfəri öldürüb.

Missiyanı müdafiə edən 35 kazakın meyidinin qalıqları Tehranda tikilməkdə olan Müqəddəs Tatevos Erməni Kilsəsinin həyətindəki kütləvi məzarlıqda basdırılıb. Qəbirdən qalan torpaq gecələr gizlicə çıxarılaraq kilsədən atılırdı. Tehran səfirliyində baş verən qətliam diplomatik qalmaqala səbəb oldu.

Şah Rusiya ilə münasibətləri nizamlamaq üçün nəvəsi Xosrov Mirzəni Sankt- Peterburqa göndərdi. Onun vəzifəsi səfirin öldürülməsinə görə üzrxahlığın qəbul edilməsinə və təzminat yükünün yüngülləşdirilməsinə nail olmaq idi. Onun Rusiya imperatoru I Nikolaya təqdim etdiyi zəngin hədiyyələr arasında məşhur "Şah" almazı da var idi.

Qırğın Rusiya ilə İran arasında münasibətlərdə ciddi fəsadlar yaratmadı və təzminat ödənilməsi 5 il müddətinə təxirə salındı. I Nikolay almazı qəbul edərək Xosrov Mirzəyə deyir: "Mən faciəli Tehran hadisəsini əbədi unudacam"…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗