1900-cü ildə Yelizavetpolda(Gəncə) doğulan Davud Rəsulzadə 1908–1914-cü illərdə 6 sinifli…

Şrift
1900-cü ildə Yelizavetpolda(Gəncə) doğulan Davud Rəsulzadə 1908–1914-cü illərdə 6 sinifli…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1900-cü ildə Yelizavetpolda(Gəncə) doğulan Davud Rəsulzadə 1908–1914-cü illərdə 6 sinifli….

1900-cü ildə Yelizavetpolda(Gəncə) doğulan Davud Rəsulzadə 1908–1914-cü illərdə 6 sinifli şəhər məktəbində, 1914–1918-ci illərdə isə Tiflisdəki orta ixtisas texniki məktəbdə təhsil alıb. 1918-ci ildə yenidən Tiflisə qayıdaraq Politexnik İnstitutuna daxil olur. O, 1921-ci ilə kimi Tiflisdə həm ali təhsil alır, həm də su təsərrüfatı idarəsində (1917–1919) işləyir.

1920-ci ildə Kommunist Partiyasına üzv olur. Təhsilini başa vurduqdan sonra Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyində missiyasının katibi (1920–1921), Azərbaycan SSR-in Batumda konsulu (1921), Azərbaycan SSR-in Gürcüstanda səlahiyyətli nümayəndəsinin müavini (1921) vəzifələrində çalışır. Daha sonra Azərbaycan SSR-in Türkiyədəki missiyasının katibi (1921–1922) kimi Ankaraya ezam olunur.

2 il Türkiyədə çalışdıqdan sonra Tiflisə qayıdan Davud Rəsulzadə jurnalistlik fəaliyyətinə başlayır. 1921-ci ildə "Kommunist" adı ilə çıxmağa başlayan qəzet 1922-ci ildə "Yeni fikir" adı ilə nəşrə başlayır. Ayrı-ayrı vaxtlarda "Yeni fikir" (1924), "İşıq yolu" (1927–1928) və "Yeni kənd" (1930) qəzetlərinin redaktoru olub.

Jurnalistlik fəaliyyəti ilə yanaşı ali məktəbdə biologiya, qeyri-üzvi kimya, partiya quruculuğu, partiya tarixi və leninizm fənlərindən dərs deyib. 1927-ci-ildə ona dosent adı verilib. 1931-ci ildə professor vəzifəsinə seçilib.

1932–1933-cü illərdə Zaqafqaziya Komminist Universitetinin tədris işləri üzrə prorektoru və Partiya quruculuğu və leninizm kafedrasının müdiri olub. Gürcüstanda yaşayan azərbaycanlılar arasında savadsızlığın ləğvində, latın əlifbasına keçməkdə, Azərbaycan teatrının yaradılmasında səmərəli fəaliyyət göstərib. Davud Rəsulzadə 1920-ci ildən ömrünün sonuna kimi partiya işində çalışıb.

Ayrı-ayrı vaxtlarda Zaqafqaziya Diyar Partiya Komitəsinin Kəndlərlə iş şöbəsinin müdiri, Təbliğat-təşviqat şöbəsinin müdir müavini və Gürcüstan K(b)P MK-nın üzvü olub (1928). Axalkalakidə Qəza İcraiyyə Komitəsinin sədr müavini (1924–1925), Borçalıda İcraiyyə Komitəsinin sədri (1925–1926), Azərbaycan SSR Naxçıvan Vilayət Partiya Komitəsinin məsul katibi (1931–1932) olub. O, 1933-1934-cü illərdə Azərbaycan K(b)P-nin Salyan rayon komitəsinin məsul katibi olub.

Daha sonra İncəsənət məsələləri üzrə Komitəyə rəhbərlik edib və "Azərbaycan incəsənəti" jurnalının baş redaktoru olub. 1934-cü ildə Azərbaycan Partiya Nəşriyyatının direktoru təyin edilib. 14 may 1936-cı ildə Azərbaycan K(b)P MK-nın 127 saylı qərarı ilə Azərbaycan Partiya Nəşriyyatının direktoru vəzifəsində çalışan Davud Rəsulzadə ADPİ-nin direktoru təyin edilir. O, həmin vəzifədə 13 fevral 1937-ci ilə kimi çalışır.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin İncəsənət işləri komitəsinin sədri vəzifəsində çalışan Davud Rəsulzadə 22 dekabr 1937-ci ildə əmlakı müsadirə olunmaqla həbs edilir. İttihamnamədə ona qarşı "silahlı yolla Azərbaycanı SSRİ-dən ayırmağa çalışan əks-inqilabi təşkilatın üzvü olmaqda, millətçilikdə, ziyankarlıqda, casusluqda, partiya və hökumət rəhbərlərinə qarşı terror hazırlamaqda günahkar" olduğu bildirilir. Rəsulzadə istintaqın ilk aylarında əks-inqilabi fəaliyyəti ilə bağlı verilən bütün sualların həqiqətə uyğun olmadığını bildirir.

Lakin, sonralar verilən işgəncələrə dözməyərək hər şeyi könüllü "boynuna alır". Davud Rəsulzadə 8 il həbs cəzasına məhkum edilərək Maqadana sürgün edilir. Şəxsi məktublarında günahsız olduğuna inandığını və etirazlarını dayandırmayacağını bildirirdi.

Stalinə məktub göndərərək yanlışlıqla həbs olunduğunu bildirmək istədiyini məktublarında yazmışdı. Mirzə Davud Rəsulzadə 1943-cü ildə Xabarovsk diyarının Olski rayonunun Omçak qəsəbəsindənki həbs düşərgəsində ürək tutmasından vəfat edib. Azərbaycan SSR Ali Məhkəməsinin Hərbi Kollegiyasının 3 oktyabr 1956-cı il tarixli qərarı ilə Mirzə Davud Rəsulzadəyə bəraət verilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗