Dəyərli dostlar!

Şrift
Dəyərli dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.

Dəyərli dostlar! Azərbaycanda az tanınan və ya unudulan insanların tariximizdə oynadığı rol barədə paylaşımlarımızı davam etdiririk. Bu dəfə qısaca da olsa, Məmmədsadıq Əfəndiyev haqqında məlumat verəcəyik.

Məmmədsadıq Mirzə Əhməd oğlu Əfəndiyev 5 iyun 1902‑ci ildə Türkmənistanın Aşqabad şəhərində doğulub. İlk təhsilini Nuxada (Şəki) alan Məmmədsadıq Əfəndiyev 12 yaşında anasını, 5 il sonra isə atasını itirib. 1913‑cü ildə Nuxa klassik kişi qimnaziyasına daxil olub.

Maddi çətinliklər səbəbindən 1919‑cu ildən təhsilini davam etdirməklə yanaşı, həm də mətbəədə çalışıb. Ekə həmin dövrdə Nuxada bolşevik təşkilatına üzv yazılıb. Ordu sıralarında olarkən Bakıda hərbi məktəbdə oxuyub.

Sovet hərbi məktəbinin ilk məzunlarından biri olan Məmmədsadıq Əfəndiyev 1920‑ci ildən hərbi sahədə çalışmağa başlayıb. 1920‑ci ilin ortalarından 1925‑ci ilə qədər Ümumittifaq Fövqəladə Komissiyası orqanlarında çalışıb. Hətta o, xüsusi xidmət orqanlarının təcrübəli işçisi kimi Azərbaycanda və İranda mühüm tapşırıqlar yerinə yetirib. Peşəkarlığına və nümunəvi fəaliyyətinə görə Dövlət Təhlükəsizlik Komitəsinin Kollegiya üzvü seçilib, qızıl silahla təltif edilib.

Məmmədsadıq Əfəndiyev Bakı İşçi və Türk İşçi Kəndli teatrlarının yaradıcısı olub. 1929-cu ilədək Türk İşçi Kəndli Teatrında direktor vəzifəsində çalışan M. Əfəndiyev 30-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Dövlət Kinematoqrafiya İnstitutunda, Bakı Teatr Texnikumunda teatr tarixi və fəlsəfədən dərs deyib.

Mətbuatda Nuri Nuriyev imzası ilə ədəbiyyata, mədəniyyətə, teatrşünaslığa aid məqalələrlə çıxış edib. 1937-ci ildə Azərbaycanın maarif komissarı, 1941-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifələrində çalışıb. II Dünya müharibəsinin iştirakçısı olan M. Əfəndiyev 1942-ci ildə Krım döyüşlərində vəfat edib…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗