Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.
Dəyərli dostlar! Şəkildə gördüyünüz şəxs Tahir İsrafil oğlu İsayevdir-İkinci Dünya müharibəsinin, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı və İtaliyanın Milli Qəhrəmanı (1968). Tahir İsayev Qazax rayonunun Şıxlı kəndində doğulub.
Müharibə zamanı Mozdok ətrafındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş (1942) və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu. Döyüş yoldaşları ona "Serafino" adını vermişdilər (atasının adına (İsrafil İsayev) uyğun olaraq). O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşub.
Həmyerlimiz, leytenant Serafino 1945-ci il aprelin 25-də Milan şəhərinin faşistlərdən azad edilməsində qəhrəmanlıq göstərib. O, Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində qəhrəmanlıq, yenilməz şücaət nümayiş etdirib. İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan "Qaribaldi ulduzu", "Antonio Qramşi", "Banderi Kalori" ordenləri, ümumən 36 orden və medal, o cümlədən, İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunub.
1945-ci ildən Milan şəhərinin fəxri vətəndaşı olub. Tahir İsayev alman və italyan dillərini bilirdi. 1974-cü ildə çəkilən "Onun adı Serafino idi" filmi Tahir İsayevdən bəhs edir.
… 2001-ci ildə vəfat edib və doğulduğu kənddə dəfn olunub… RUHU ŞAD OLSUN!!!
