Dəyərli dostlar, izləyicilərimizdən birinin istəyini nəzərə alarıq, dünya tarixində indiy…

Şrift
Dəyərli dostlar, izləyicilərimizdən birinin istəyini nəzərə alarıq, dünya tarixində indiy…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar, izləyicilərimizdən birinin istəyini nəzərə alarıq, dünya tarixində indiy….

Dəyərli dostlar, izləyicilərimizdən birinin istəyini nəzərə alarıq, dünya tarixində indiyə qədər baş verən insan faciələri və qırğınlarla baglı ilk onluqda yer alan hadisələri sizin diqqətinizə çatdırırıq: 1. Trans-Atlantika qul ticarəti: Trans-Atlantika qul alveri 16-cı əsrdə başlayıb, 19-cu əsrdə başa çatıb. 15 milyon insanın ölümünə səbəb olan bu ticarət zamanı öz yurdundan qoparılan hər 10 insandan 4-ü yollarda ölürdü.

2. Xubilay xanın müharibələri: Xubilay və ya Yuan xanədanı Çində ən az müddətdə hakimiyyətdə olan sülalələrdir. Xubilay Çingiz xanın nəvəsi idi.

Qarışıq idarə sistemi və fərqli mədəniyyətlər milyonlarla insanın ölümünə səbəb olub. Daha sonra hakimiyyətə gələn Min sülaləsi sabitliyi bərpa etmək üçün repressiyanı davam etdirib. 200 illik bir dövrdə 30 milyon insan ölüb.

3. Ani Luşan üsyanı: 755-769-cu illərdə baş verən üsyan general Ani Luşanın Çinin şimalında özünü imperator elan etməsi ilə başlayıb. Bu üsyana ərəblərin, göytürklərin və soqdların da qoşulması ilə dairə genişlənir.

Bu da 36 milyon insanın ölümü ilə nəticələnir. 4. Taypinlər hərəkatı (1850-1864): 14 il davam edən bu hərəkat Fransa, Böyük Britaniya və ABŞ-nin dəstəyi ilə irəli getsə də, qələbə çala bilmədi. 40 milyon insan həlak oldu.

5. Böyük Çin qıtlığı: 1960-cı illərdə kommunist Çinində böyük qıtlıq başladı. Çinin "mədəni inqilab" adı ilə reallaşdırdığı bu islahatlar ən azı 43 milyon insanın həyatı bahasına başa gəlib.

6. Böyük Sovet qırğını: Almaniya, ABŞ və İngiltərə ilə rəqabətə girən Sovet ittifaqı 1917-1953-cü illər arasında 49 milyon insanın ölümünə imza atıb. Xüsusilə Ukraynada qıtlıq illərində insanlar insanları yeyiblər.

7. Monqol işğalları: Dünyanın ən böyük işğallarını Çingiz xan və oğulları reallaşdırıblar. Yer kürəsinin 16%-ni işğal edən monqollar tarixin ən böyük ikinci imperatorluğunu qurublar.

Təbii ki, bu da qırğınsız ötüşməyib. 60 milyon insan həyatını itirib. 8. Birinci Dünya müharibəsi (1914-1918): Cəmi 4 il davam edən bu müharibə 65 milyon insanın həlak olmasına səbəb olub.

9. İkinci Dünya müharibəsi (1939-1945): Bu müharibə 6 il davam edib və 72 milyon insanın həlak olması ilə nəticələnib. Qeyd:Bəzi mənbələrdə fərqli rəqəmlər var…

10. Amerika qitəsində avropalıların məskən salması: Amerikada yerlilərin avropalılarla üzləşməsi dəhşətli nəticələr doğurub. Avropalılıar onları qəddarcasına qətlə yetiriblər.

Bu fakt dünya tarixinə 100 milyon insanın qətli ilə düşüb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗