1888-ci ildə Quba qəzasının Pirəbədil kəndində doğulan Qəzənfər Musabəyov 1911-ci ildə Ba…

Şrift
1888-ci ildə Quba qəzasının Pirəbədil kəndində doğulan Qəzənfər Musabəyov 1911-ci ildə Ba…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1888-ci ildə Quba qəzasının Pirəbədil kəndində doğulan Qəzənfər Musabəyov 1911-ci ildə Ba….

1888-ci ildə Quba qəzasının Pirəbədil kəndində doğulan Qəzənfər Musabəyov 1911-ci ildə Bakı gimnaziyasını, 1919-cu ildə Kiyev Universitetinin tibb fakültəsini bitirib. 1929–1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlament) vəzifəsində çalışıb.1937-ci il iyul ayının 25-də Musabəyov Moskva şəhərindəki evində (Serfimoviç küçəsi 2, mənzil 74) həbs edilib və evində axtarış aparılıb. Q.

Musabəyovun 1931–1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Xalq Komissarları Sovetinin sədri vəzifəsində işlədiyi nəzərə alınaraq, o, Tbilisiyə gətirilib. Həmin il avqustun 2-də Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsinin 3-cü şöbəsinin rəis müavini Viner tərəfindən arayış tərtib edilib və o əks-inqilabçı terrorçu və casusluq təşkilatının rəhbəri kimi ifşa olunub. 1937-ci ilin avqustundan oktyabrınadək aparılan dindirilmə zamanı Q.

Musabəyov ona qarşı sürülən bütün ittihamları rədd edib, 1937-ci il oktyabrın 28-də isə Gürcüstan SSR Xalq Daxili İşlər komissarı Qoqlidzeyə aşahıdakı məktubu yazıb: "Neçə aydır ki, istintaqa inadla müqavimət göstərdiyimi etiraf edirəm və bütün günahlarımı növbəti dindirilmədə boynuma alacağam. Müttəhim Q. Musabəyov".

1937-ci il oktyabrın 29-da Q. Musabəyov ilə sorğu-sualı Krimyan aparır. Q.

Musabəyov türk əks-inqilabi millətçi təşkilata rəhbərlik etdiyini etiraf edir və bu işdə yaxından iştirak edən 24 nəfərin də adını çəkir. Krimyanın "kimin vasitəsilə" sualına cavabında o, 1930-cu il avqust ayından 1933-cü il fevralın 6-dək Azərbaycan K/B/P MK katibi işləmiş V. Polonskinin adını çəkir: "Mən hər dəfə Moskvaya səfər edəndə Polonskiyə baş çəkirdim və Stalin yoldaşın ölkəni uçuruma apardığına məni inandırmağa çalışırdı".

1937-ci il noyabr ayının 22-də və 26-da Krimyana verdiyi cavablarda Q. Musabəyov müttəfiq respublikalarda əks-inqilabi terrorçu-millətçi mərkəz rəhbərlərinin də adlarını çəkir.1937-ci il dekabrın 28-də verdiyi ifadədə Q. Musabəyov millətçi əks-inqilabi-terrorçu təşkilat rəhbərləri sırasına Mirbəşir Qasımovun da adını əlavə edir.1937-ci il dekabrın 2-də Q.

Musabəyov Tbilisi təcridxanasının 71 N-li kamerasından Gürcüstan SSR Xalq Daxili İşlər Komissarı S. A. Qoqlidze yoldaşa aşağıdakı ərizə ilə müraciət edir: "Sizin nəzərinizə bunları çatdırmağı özümə borc hesab edirəm: Azərbaycan SSR Xalq Komissarları Sovetinin sabiq sədri Dadaş Bünyadzadə Tbilisidə olarkən söhbət əsnasında mənə demişdi ki, Azərbaycanın hökumət başçısı Hüseyn Rəhmanov Azərbaycan millətçi mərkəzinin üzvüdür və antisovet təşkilatlarında fəal iştirak edir.

Söhbət zamanı Bünyadzadə həmçinin mənə məlumat verdi ki, Azərbaycan K/B/P MK-nın birinci katibi Mircəfər Bağırov Ruhulla Axundovla sıx dostluq və siyasi əlaqədədir". Qəzənfər Musabəyovun "qardaş" deyə müraciət etdiyi Nikolay Yejova məktubu da var. Məktubun M.

C. Bağırova aid hissəsində yazılır : "Əziz Nikolay İvanoviç! Sənə, rəhbərimizin sədaqətli şagirdinə, əziz və sədaqətli qardaşıma deməliyəm ki, Bağırov mənə çoxdan düşmən kimi münasibət göstərirdi.

Azərbaycanda işləyən zaman aramızda tez-tez siyasi məsələlərə baxışda mübahisələr olurdu. Bağırov yoldaş bir sıra siyasi səhvlərə yol verdiyinə görə iki dəfə işdən azad edilib" Q. Musabəyov kimlərə rəğbət bəsləyib?

İstintaq qovluğundakı məktubunda oxuyuruq: "1917-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirərək Bakıya qayıtdım. Bakı kommunasında Caparidze və Şaumyan yoldaşların rəhbərliyi altında ərzaq cəbhəsində çalışdım. 1918-ci ilin avqustunda Bakı Kommunasının süqutundan sonra Caparidze yoldaşın təklifi ilə mən digər kommunarlarla birlikdə Həştərxana yollandım.

Burada iki il Sergey Kirov yoldaşın rəhbərliyi altında partiya işində və 11-ci Orduya xidmət sahəsində fəaliyyət göstərdim. 1920-ci ilin aprelində Orconikidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik"… P.

S. Materiallar çoxdur, ixtisarla paylaşdıq…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗