Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Abid Əhmədcan oğlu Alimov — həyatı və yaradıcılığı.
Abid Əhmədcan oğlu Alimov 1900-cü ildə Penza quberniyasında doğulub. Azərbaycan SSR-nin ilk səhiyyə komissarı(indiki nazir vəzifəsi) olan Alimov 1918-ci ildən RK(b)P-nin üzvü olub. Türk əsirlərinin işə götürülməsi ilə məşğul olub.
1920-ci ilin yazında Türküstan cəbhəsindən Bakıya gəlib və ehtimal ki, yerli kamalistlər vasitəsilə «türk zabiti» sənədləri ilə təmin ediliib. 1920-ci il aprelin 27-28-də Bakıda bolşevik çevrilişində iştirak edib. Müvəqqəti Azərbaycan İnqilab Komitəsi adından Bakı bolşeviklərinin ilk müraciətlərini imzalayanlardan biri olub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin ilk tərkibinə daxil edilib, orada Xalq Səhiyyə və Himayədarlıq Komissarı vəzifəsini tutub.(28 aprel – 5 iyun 1920). Azərbaycan ərazisində vətəndaş müharibəsinin iştirakçısı olub, Qırmızı Ordunun 45-ci diviziyasının tərkibində Cənub cəbhəsində Denikin və Maxno ilə döyüşlərdə iştirak edub. 1921-1924-cü illərdə Qafqaz Korpusunun Xüsusi şöbəsində işləyib.
Qırmızı Bayraq ordeni ilə təltif edilib. Ali təhsilli olub. Tarixçi, türkoloq, Türkiyə tarixi üzrə mütəxəssis idi.
1931-1932-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi katibi olub. 1932-ci ildən Moskva və Leninqradda İKP-nin müəllimi, 1934-cü ildə Leninqrad Dövlət Universitetinin tarix fakültəsinin professoru olub. 1934-cü ilin dekabrından orada da partiya təşkilatının katibi olub. 1935-ci ilin yanvarında Leninqradda qeyri-müəyyən şəraitdə vəfat edib…
