Dəyərli dostlar!

Şrift
Dəyərli dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.

Dəyərli dostlar! Azərbaycanda az tanınan və ya unudulan şəxslər barədə paylaşımlarımızı davam etdiririk. Bu dəfə Məmməd Ələkbərov barədə danışacağıq.

Məmməd Həmid oğlu Ələkbərov 1899-cu ildə Lənkəranda (bəzi mənbələrə görə Lisar, Gilan ostanı, İran) doğulub. 1909-cu ildə atası Məşədi Həmidin ölümündən sonra qohumlarının himayəsində yaşayıb, Lənkərandakı "Behcət" rus-tatar (Azərbaycan) məktəbində oxuyub, lakin təhsilini başa vura bilməyib. 1920-ci ilə qədər əmisi oğlunun balıq təsərrüfatında çalışıb.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəllim hazırlığı kursunu bitirərək Astraxanbazardakı (hazırkı Cəlilabad) 1-ci dərəcəli məktəbə müəllim göndərilib. 1921-ci ildə Lənkəran şəhərindəki 5 nömrəli məktəbdə çalışmağa başlayıb. Məmməd Ələkbərov 1923–1926-cı illərdə Bakıdakı Pedaqoji İnstitutda oxuyib, ali təhsilli mütəxəssis kimi Balaxanıda, Borçalının Başkeçid bölgəsində müəllimlik edib.

Quba qəza Xalq Maarif şöbəsinin müdiri işləyib. 1928-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı aparatına işə qəbul olunub, metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi rəisinin müavini vəzifələrində çalışmışdır. 1937-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutunda elmi işçi olub, eyni zamanda 1939-cu ildə Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktor müavini vəzifəsinə işləyib. 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilən Məmməd Ələkbərov həmin ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun direktoru, 1944-cü ildən isə Azərbaycan SSR xalq maarif komissarının müavini olub.

1947-ci ildə Azərbaycan SSR xalq maarif naziri təyin edilib, həmin vəzifədə 5 il çalışıb, sonra isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyib. 1953-cü ildən Azərbaycan SSR mədəniyyət naziri olub. Məmməd Ələkbərov orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası sahəsi üzrə tədqiqatlar aparıb, 1940-cı ildə onun "Natamam orta və orta məktəblərdə yazı işləri", "İbtidai məktəbdə oxu metodikası", ibtidai məktəblərin III sinfi üçün "Nizami Gəncəvi haqqında oxu kitabı" adlı kitabları nəşr olunub. 1947-ci ildə-Azərbaycanda Nizaminin yubileyinin təntənəli şəkildə qeyd olunduğu ərəfədə "Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

O, dəfələrlə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilib, Azərbaycan SSR Ali Sovetinin ikinci və dördüncü çağırış deputatı olub. "Azərbaycan SSR əməkdar məktəb müəllimi" fəxri adına layiq görülüb, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilib. Məmməd Ələkbərov uzun sürən ağır xəstəlikdən sonra 7 fevral 1959-cu ildə vəfat edib…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗