Dəyərli tarixsevər dostlar!

Şrift
Dəyərli tarixsevər dostlar!

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli tarixsevər dostlar!.

Dəyərli tarixsevər dostlar! "Görkəmli Azərbaycanlılar Panteonu"-Tbilisidə Azərbaycanın ictimai-siyasi xadimlərinin dəfn olunduğu memorial qəbiristanlıqdır. Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski, Həsən bəy Ağayev və s.

kimi görkəmli şəxslər orada dəfn edilib. Panteon Botanika bağının ərazisində, köhnə müsəlman qəbiristanlığının yerində yerləşir. Həmin qəbiristanlıq "Gorxana" adı ilə XVII əsrdə yaradılıb.

Şərqi Gürcüstan İrandan vassal asılılığında olanda, qəbiristanlığın yerləşdiyi rayona seyidlər köçməyə başladılar, ona görə şəhərin bu rayonu Seyidabad adlanmağa başlandı. Həmçinin, Tiflisdə yaşayan müsəlmanları da elə bu qəbiristanlıqda dəfn edirdilər. XIX əsrdə qəbiristanlığın ərazisi xeyli genişləndirilib.

General Abdulla ağa Bakıxanov, Məmmədhəsən Hacınski, yazıçı və publisist Əliqulu Qəmküsar, aktyor və rejissor İbrahim İsfahanlı, şair Mehdiqulu xan Vəfa, diplomat Behbud ağa Şahtaxtinski, İsa Sultan Şahtaxtinski, Adilə Şahtaxtinskaya, yazıçı və publisist Eynəli bəy Sultanov, yazıçı və publisist Rzaqulu Nəcəfov, Hüseyn Əfəndi Qayıbov, Nazlı xanım Məmmədquluzadə, Həmzət bəy Qəbulov, Müzəffər Nərimanov, Fərəc bəy Sultanov, Mirzəli Abbasov, Abbas Qurbanov, Ənvər Xudaverdiyev, Mustafa Vəliyev, Yusif Hacızadə, Hüseyn Bəhmənov, Rzabala Rzayev kimi mədəniyyət, elm xadimləri və siyasətçilər də orada dəfn olunub. Axundovun ailəsinin üzvləri, onun xanımı Tuba-xanım, oğlu Adil bəy və qızı Seyra, xanımının qardaş və bacıları və Mirzə Şəfi Vazehin xanımı da burada torpağa tapşırılıb. Onların bir çoxunun adları panteonun girişindəki abidəyə həkk olunub.

XX əsrdə müsəlman qəbiristanlığı söküldü. 1959-cu ildə qəbirstanlığa baş çəkən ədəbiyyatşünas alim Vaqif Arzumanlının sözlərinə görə, Azərbaycan ictimai-siyasi xadimlərinin bir çoxunun məzarı burada yerləşirdi, eləcə də, Vazehin türbə şəklində yarımdağılmış qəbiri və onun yanındaki bir neçə uşaq məzarları da. 1964–1965-ci illərdə dəfn edilənlərin qohumlarına qəbirlərin köçürülməsi barədə xəbər verilmişdi, çünki, qəbiristanlığın yerində Botanika bağı qurmaq planlaşdırılırdı. Uzun illər sonra V.

Arzumanlı yenidən Tbilisiyə yollandı və gürcü tədqiqatçısı İvan Yenikolopovun köməyi ilə 100-ə yaxın məzarı tapa və şəklini çəkə bildi, o cümlədən, 30-dən çox tanınmış azərbaycanlının məzar yerləri aşkar edildi. Qəbiristanlıq ərazisində kiçik məscid yerləşirdi, ancaq 1950-ci illərdə partladılıb. Tanınmış şəxsiyyətlərin yalnız bir neçəsinin məzarı salamat qalıb və bu ərazi "Görkəmli Azərbaycanlılar Panteonu" adını alaraq Botanika bağının bir hissəsinə çevrilib.

Salamat qalmış məzarların ən qədimi 1852-ci ilin noyabrında vəfat edən şair və mütəfəkkir, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehə məxsusdur. 1970-ci ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin Tbilisiyə səfəri zamanı qəbiristanlıqda Axundovun qəbri abadlaşdırılıb. 1996-cı ilin mart ayında Fətəli xan Xoyskinin qəbirüstü abidəsinin açılışı olub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev də iştirak edib.

2006-cı ildə Heydər Əliyev Fondu Panteonda dəfn edilmiş şair Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması işlərini həyata keçirib. Bir neçə dəfə bərpa işləri aparılsa da, 2012-ci ilin əvvəlində Panteon yenidən baxımsız vəziyyətə düşüb, lakin, həmin ilin sonunadək qəbiristanlıq Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə yenidən qurulub… RUHLARI SAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗