Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsa Sultan Nəcəfqulu oğlu Şahtaxtinski 5 may 1851-ci ildə İrəvan şəhərində doğulub..
İsa Sultan Nəcəfqulu oğlu Şahtaxtinski 5 may 1851-ci ildə İrəvan şəhərində doğulub. Ərəb, fars, qədim türk, rus, alman, fransız dillərini mükəmməl bilib. 1875-ci ildən Tiflisdə jurnalistlik fəaliyyətinə başlayıb, "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax"ın təsisçisi, naşiri və redaktoru, Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı olub. 1865-ci ildə təhsilini təkmilləşdirmək üçün gürcü maarifçisi David Kapiani məktəbinə, 1867-ci ildə isə Tiflis realnı gimnaziyasına daxil olur. 1871-ci ildə İsa Sultan ikinci təhsil olaraq Sankt-Peterburq Əkinçilik İnstitutuna daxil olur. Təhsilini bitirdikdən sonra İsa siyasi-iqtisadi müzakirələri dinləmək üçün London və Parisə yollanır.
Təhsilini bitirdikdən sonra 1876-cı ildə Tiflisə qayıdaraq, "Tiflisski vestnik" qəzetində çalışmağa başlayır. İsa Sultan türk dilini mükəmməl bildiyi üçün 1877-ci ildə türk-rus müharibəsinin başlanması ilə əlaqədar Qars şəhərinə yollanılır. 1 yanvar 1878-ci ildə Qars bölgəsinə nəzarət üçün rəsmi və xüsusi nümayəndə seçilir.
1878-ci ildə o, köhnə Osmanlı hakimiyyəti altında mülkiyyət hüquqlarının və əhalinin öhdəliklərinin müəyyənləşdirilmə Komissiyasının sədri təyin edilir. İsa Sultan 1878-ci ilin oktyabr ayında Qars bələdiyyəsinin başçısı olur O, 1880–1882-ci illərdə mübahisəli məsələləri həll etmək üçün Ərzuruma səfərə göndərilirir, həmin illərin ən məşhur məsləhətçisi olur. İsa Sultan 1883-cü ildən ömrünün sonuna qədər Qars Rayon Hərbi valisi Aparatının rəhbəri təyin edilir və bu vəzifədə ömrünün sonuna qədər fəaliyyət göstərir.
İsa Sultan 1885-ci ildə general Allahyar Ağalarovun qızı Səkinə xanımla ailə qurur, bu evlilikdən 6 qız övladı olur. İsa Sultan Şaxtantinski 1894-cü ildə Tiflisdə vəfat edi . Tiflisdə "Botanika bağı"nın yaxınlığında yerləşən müsəlman qəbirstanlığında dəfn edilib.
Atası Nəcəfqulu ağa Hacı İsa Sultan oğlu Şahtaxtinski 1828-ci ildə Şahtaxtı kəndində doğulub və Rusiya İmperiyasının hərbçilərindən olub. Nəcəfqulu Sultan dövrünün ən zəngin zadəganlarından olub. Onun Şahtaxtıda, Naxçıvan və İrəvan şəhərlərində mülkləri vardı.
Naxçıvan diyarının kəndlərində isə miras torpaqları olub. Nəcəfqulu ağa vəzifəsi ilə əlaqədar olaraq Naxçıvanda və İrəvanda yaşadığından onun övladlarının bəzilərinin doğum sənədlərində həmin şəhərlərin adları qeyd edilib. Əmisi Hacı Vəli ağa Şahtaxtinski- "Kavkaz" qəzetində (1856-cı il) Qafqazın baş komandanı general-adyutant Muravyovun həmin ilin 6 iyulunda verdiyi bir əmrdə Hacı Vəli ağa Hacı İsa Sultan oğlunun "İgidliyə görə" qızıl medalla təltif olması haqda məlumat var.
Rusiyada müsəlmanlardan ibarət olan atlı süvari polkunun naibi, komandiri olub. Qardaşı Əbülfət ağa Şahtaxtinski -Çar ordusunun polkovniki, rus-yapon müharibəsinin iştirakçısı olub. Həyat yoldaşı Şahtaxtinskaya Sofya (Səkinə) Allahyar qızıdır.
Atası Əhməd bəy Cavanşirin əlyazmalarını nəşr etdirmək istəyən Həmidə xanım 1905-ci ildə bu məqsədlə Şahtaxtinskaya vasitəsilə, onun evində Mirzə Cəlil ilə tanış olur. Bu tanışlığın daha da dərinləşməsində və Həmidə xanımın Mirzə Cəlil ilə ailə qurmasında Şahtaxtinskayanın böyük rolu olub. Bunu Həmidə xanım "Mirzə Cəlil haqqında xatirələrim" kitabında ətraflı göstərmişdir.
Şahtaxtinskaya rəfıqəsi Həmidə xanımla Tiflisdə Qadın Xeyriyyə Cəmiyyəti yaradıb, müsəlman qadınlarının maariflənməsində fəal iştirak edib…
