İsmixan Rəhimov 18 sentyabr 1925-ci ildə Bakıda doğulub.

Şrift
İsmixan Rəhimov 18 sentyabr 1925-ci ildə Bakıda doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsmixan Rəhimov 18 sentyabr 1925-ci ildə Bakıda doğulub..

İsmixan Rəhimov 18 sentyabr 1925-ci ildə Bakıda doğulub. Atası tacir olub və 1937-ci ildə sovet rejimi tərəfindən həbs edilərək güllələnib. 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olub. Məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirib. 1941-ci ildə Xarici Dillər İnstitutuna qəbul olub və buranı da 1943-cü ildə fərqlənmə diplomu ilə bitirib.

Daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub. Burada təhsil adlığı müddətdə həm də Azərbaycan Tibb İnstitutuna qəbul olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə ilə bitirib.

Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibb təhsilini dayandırıb. 1942-ci ildə Hacı Zeynalov və Gülhüseyn Hüseynoğlu ilə birlikdə Azərbaycanda sovet işğalına qarşı gizli, millətçi tələbə təşkilatı yaradıb. 8 üzvü olan təşkilatın andiçmə mərasimi 1944-cü ildə Aydın Vahidovun mənzilində olub. Andın mətnini İsmixan Rəhimov tərtib edib. Təşkilat üzvlərinin əsas məqsədləri Azərbaycanın müstəqilliyi, 1937–1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan, sürgün olunan, güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və.

s olub. 1944-cü il mayın 10-da o, Azərbaycan Yazıçılar İttifaqının tədbirində Səməd Vurğun Azərbaycan ədəbiyyatının lazımi şəkildə inkişaf etmədiyindən bəhs edərək ittifaqın işini tənqid edir. Mayın 11-də Səməd Vurğuna məktub yazırlar.

Gülhüseyn Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov məktubu yazanın kimiliyi məlum olmasın deyə çap hərflərinə bənzər bir xətlə məktub yazır. Səməd Vurğundan Yazıçılar İttifaqında cəmi 60 üzvün olmasının, azərbaycanlıların milli hüquqlarının təmin olunmamasının səbəblərini soruşurlar. Məktubda Azərbaycan xalqının istiqlaliyyəti uğrunda son ana qədər mübarizə aparacaqlarına and içdiklərini və Səməd Vurğuna dəstək olduqlarını qeyd ediblər.

Onların fikirləri ilə razı olduğu təqdirdə Səməd Vurğundan "Vətən ulduzları" adlı bir şer yazmasını da istəyirlər. Məktub NKVD-nin əlinə keçdikdən sonra 1945-ci ildə Azərbaycandakı bütün ali məktəblərdə tələbələrə imla yazdırıblar. Xəttə əsasən Səməd Vurğuna yazılan məktubun İsmixan Rəhimov tərəfindən yazıldığı müəyyən edilib.

Daha sonra isə bir müddət onu izləyiblər. Əldə olunmuş sübutlardan sonra 1948-ci il sentyabrın 26-da əvvəlcə İsmixan Rəhimov, sonra Hacı Zeynalov, daha sonra digər 6 üzv həbs olunub. 1949-cu ilin əvvəllərində Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası tərəfindən onlara hökm oxunub.

Gülhüseyn Abdullayevə, İsmixan Rəhimova, Hacı Zeynalova 25 il, digər 5 nəfərə isə 10 il həbs cəzası verilir. Sibirə islah əmək düşərgəsinə sürgün olunan İsmixan Rəhimov burada feldşer kimi fəaliyyət göstərib. 1955-ci ildə azad olunub, 1956-cı ildə isə bəraət alıb. Bakıya qayıtdıqdan sonra aspiranturada təhsilini bərpa edib.

1959-cu ildə Corc Bayronun yaradıcılığına həsr olunmuş dissertasiya müdafiə edib. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda kafedra müdiri və dekan olub. İngilis dilini sürətli öyrənmə metodikasını yaradıb.

Dilçilik sahəsində bir neçə kitab və lüğət müəllifidir. İsmixan Rəhimov 2000-ci il oktyabrın 28-də Azərbaycanda təhsil sahəsindəki xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 2004-cü il dekabrın 15-də Bakıda dünyasını dəyişib.

İsmixan Rəhimovun qurduğu təşkilat haqqında ilk dəfə 42 il sonra Ziya Bünyadov yazıb. O, "Azərbaycan gəncləri" qəzetinin 17–18 mart 1990-cı il tarixli sayında "İldırım" adlı geniş məqalə dərc edərək təşkilatın fəaliyyəti haqqında məlumat verib. Təşkilat haqqında 2002-ci ildə Asəf Quliyevin müəllifi olduğu "İldırım", 2003-cü ildə isə Müsəllim Həsənovun "İldırımlı yolun yolçuları" sənədli filmləri çəkilib.

2017-ci ildə Azərbaycan Dillər Universitetində İsmixan Rəhimov adına auditoriya açılıb… RUHU ŞAD OLSUN!!!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗