Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu Münşizadə 1899-cu ildə Şuşada doğulub.

Şrift
Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu Münşizadə 1899-cu ildə Şuşada doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu Münşizadə 1899-cu ildə Şuşada doğulub..

Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu Münşizadə 1899-cu ildə Şuşada doğulub. 1918-ci ildə Şuşa Real məktəbini bitirib. AXC dövründə Ziraət və Dövlət Əmlakı Nəzarətinin dəftərxanasında çalışıb.

1919-cu ildə hökumətin seçdiyi və parlamentin təsdiq etdiyi 100 tələbədən biri olub, dağ-mədən mühəndisliyi üzrə təhsil almaq üçün Berlin Universitetinə göndərilib. 1920-ci ildə Azərbaycan işğal olunduğu üçün vətənə dönməyib, Almaniyada qalıb. 1924-cü ildə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan İstiqlal Komitəsi"nə sədrlik edib.

Hilal Münşi "Müsavat" partiyasının Berlin komitəsinə başçılıq edib, 1928-ci il mayın 28-də Berlində Azərbaycanın müstəqilliyinin elan olunmasının 10 illiyinin bayram edilməsinin əsas təşkilatçılarından olub. 1930-cu ildə Berlində almanca "Azərbaycan Cümhuriyyəti" əsəri nəşr olunub. 1934-cü ildə Hilal Münşinin redaktorluğu ilə əsası qoyulan "Qurtuluş" jurnalı 1939-cu ilin sentyabrınadək fasiləsiz olaraq nəşr olunub. Mühacirətdə baş verən ixtilaflar dövründə M.

Ə. Rəsulzadənin mövqeyini müdafiə edib. II dünya müharibəsi başlayanda M.

Ə. Rəsulzadə ilə birlikdə Berlində Milli Azərbaycan Komitəsini yaradıb, müharibədə əsir düşən azərbaycanlıları xilas edib. 12 aprel 1950-ci ildə Üzeyir Hacıbəylinin vəfatı ilə bağlı Ceyhun bəy Hacıbəyliyə məktub yazır. Məktubu ixtisarla diqqətinizə çatdırırıq: "ÇOX SAYIN (HÖRMƏTLİ) CEYHUN BƏY !

Mərhum Üzeyir Bəyin vəfatı münasibətilə vaxtilə Sizə göndərmiş olduğum bir taziyət (başsağlığı) məktubunu o zaman geri aldım. Münhendəki vətəndaşlarımızdan biri tərəfindən mənə bildirilmiş olan o zamankı adresin yanlış olduğu anlaşıldı. İndiki məktubun, təkrar Münhendən mənə bildirilən bu yeni adresdə Sizə yetişəcəyini ümid edirəm, mədari (mehvər) fəxrimiz olan böyük Üzeyir Bəyin vəfatından duyduğum təəssüf və acı duyğularımı Sizə bildirmək istərəm.

Milli oyanış tariximizin ən tanınmış siması olub bilhassa (xüsusilə) qəzetəçilik və musiqi, ədəbiyyat və teatro kimi geniş sahələrdə Azərbaycan üçün unudulmaz başarılar (uğurlar) əldə edən və qiymətli əsərləri ilə milli kültürümüzü (mədəniyyətimizi) zənginləşdirən mərhum aramızdan nisbətən, çox erkən ayrıldı. Milli nə varsa, hər şeyi yaxıb-yıxan və xalqımızı milli mənliyindən təcrid etmək yolunda hər türlü (hət cür) vəhşiliklərə təvəssül (yaxınlıq) edən bolşevizm dövründə Azərbaycan musiqisini parlaq bir surətdə inkişaf etdirən Üzeyir Bəy bolşevik rejimi şəraiti içində və hər türlü güclüklərə rağmən milli mədəniyyətimizin bu böyük qolunu müdafiə etməsini bilən ən dəyərli bir Azəridir. Halbuki sovet rejimində milli hars (varlıq) və milli kültür (mədəniyyət)- bilindiyi vəch ilə -Moskvanın imha (məhv) etmək istədiyi başlıca düşmənlərdir.

Milli ədəbiyyatımızın tamamilə imha (məhv) edilmiş olduğunu bilirik. Milli xalq musiqimizin yaşamasını və hətta inkişaf etdirilmiş olmasını millətimiz munhasıran (yalnız) mərhum Üzeyir Bəyə, onun məharətinə və onun ustalığına medyundur (borcludur). …

Milli Azərbaycanın malı olan Üzeyir Bəyin canlı xatirəsi hər bir azərinin qəlbində dərin köklər salmışdır. Hamımız Üzeyir Bəylə iftixar edirik. Siz onun simasında bir qardaş kaybetmişkən (itirmişkən) ötəki (o biri) matəmzədə (hüzünlü) vətəndaşlarınız da milli kültürü müdafiə və inkişaf etdirən böyük bir sənətkarından məhrum qalmışdır.

Məlfuf (zərfin içinə qoyulmuş) yazıları Türkiyədən göndərmişlər. Tarixi önəmi haiz (malik) olduğu üçün daima kitablarımın arasında saxladım və müstəqil, bağımsız Azərbaycanın Bakıda quracağı “Üzeyir Bəy muzeyi” üçün qorumuşam. Eyni məqsədlə Sizə təqdim edirəm.

“Ulus”dan kəsdiyim türkcə məqaləni Emin bəy yazmışdır. “Pravda”nın yazısı da fəna (pis) deyildir, zənnindəyəm. Sizə və çox sayın xanıməfəndilərinə taziyyətlərimi (başsağlığı) təqdim edər və dərin sayğılarımı (ehtiram) bildirirəm, çox sayın (hörmətli) Ceyhun bəy"…

Sayğılarımla HİLAL MÜNŞİ RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗