Nağı bəy Əlizadə — həyatı və yaradıcılığı

Şrift
Nağı bəy Əlizadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Nağı bəy Əlizadə — həyatı və yaradıcılığı.

Nağı bəy Əlizadə 1897-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıq illəri haqqında kifayət qədər məlumat yoxdur. …1919-cu il, fevralın 18-də Azərbaycan Parlamentində "Parlamenti Mühafizə Polisinin təşkili" məsələsi müzakirə edilir.

Belə bir strukturun yaradılması zəruri hesab edilir və 4 maddədən ibarət qanun layihəsi təsdiq olunur. Yeni qanuna görə, 200 nəfərlik polis dəstəsinin yaradılması məqbul sayılır. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə yeni yaradılan polis strukturu "Parlamenti Mühafizə Dəstəsi" adlandırılır(sənədlərdə "Parlamentin Qoruyucu Bölüyü" də yazılır).

Yeni strukturun təşkilinə dövlət xəzinəsindən 2. 200000 manat vəsait ayrılır. Parlamenti Mühafizə Dəstəsinin komanda (idarə) heyəti 6 ştat vahidi üzrə təsis olunur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin rəisi podpolkovnik Nağı bəy Əlizadə təyin edilir.

Onun aylıq məvacibi 4500 rubl idi. Parlamenti Mühafizə Dəstəsi Parlamentin Rəyasət Heyətinə tabe olub, onun tərəfindən də formalaşdırılır və vazxtaşırı ona hesabat verirdi. Lakin, o, bəzi məsələlərdə Azərbaycan Cümhuriyyəti DİN-ə də tabe idi və zəruri hallarda onun tədbirlərinə də cəlb olunurdu.

Azərbaycan Cümhuriyyəti Parlamentini Mühafizə Polisinin ilk rəisi Nağı bəy Əlizadə Azərbaycanda sovet hakimiyyəti elan olunduqdan sonra bolşeviklər tərəfindən həbs edilərək, 1920-ci ildə güllələnmişdi. Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" kitabında 23 yaşında qətlə yetirilən podpolkovnik, qaimməqam Nağı bəy Əlizadəni "İstiqlal şəhidi" adlandırıb… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗