Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağa Aşurov 25 iyun 1886-cı ildə Bakıda doğulub..
Ağa Aşurov 25 iyun 1886-cı ildə Bakıda doğulub. Bakı Real məktəbini bitirib. Almaniyanın Darmştadt Böyükhersoq Ali Texniki Məktəbində mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alaraq Bakıya qayıdıb, şəhər bələdiyyə idarəsində işləyib.
Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq edib. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanib. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak edib.
Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olub, Bakı Şəhər Dumasının üzvü seçilib. Milli azadlıq hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən qurultayında iştirak edib. A.
Aşurov Stepan Şaumyanın təşkilatçılığı ilə Bakıda azərbaycanlılara və ümumən müsəlmanlara qarşı törədilən 1918-ci ilin mart soyqırımı zamanı tərəflər arasında hərbi əməliyyatları dayandırmaq və barışıq məqsədilə yaradılan müsəlman nümayəndə heyətinin tərkibində Qafqaz İnqilabi Müdafiə Komitəsinin, Bakıdakı erməni Milli Şurasının üzvləri və İranın Azərbaycandakı konsulu Həbibulla xanla aparılan danışıqlarda "Astoriya" mehmanxanasında Əlimərdan bəy Topçubaşov, Molla Hacı Mir Möhsün, Hacı Hüseyn Tağıyev, Əbdül Kazımzadə ilə bərabər iştirak edib. 1918-ci il 17 iyun-7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda 2-ci Hökumət kabinetində Aşurov əvvəlcə ticarət və sənaye naziri işləyib, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik edib. 1918-ci il oktyabrın 6-da Hökumətdə bəzi dəyişikliklərlə əlaqədar poçt və teleqraf naziri təyin olunub, 1918-ci il dekabrın 26-dək fəaliyyət göstərib. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin tərkibinə seçilən Ağa Hacı Aşurov orada 1-ci fraksiyanın ən böyük tərkibli "Musavat və "Bitərəflər fraksiyası"nda (38 nəfər deputat heyətindən ibarət idi) təmsil olunur. Parlamentdə təqdimat zamanı siyahıda Ağa Hacı Aşurovun adı sayca 37-ci oxunur.
1918-ci il dekabrın 10-da keçirilən Parlamentin iclasındakı qanun layihəsi üzrə çıxışı və səmərəli təklifləri diqqətəlayiq olur və millət vəkilləri tərəfindən alqışlarla qarşılanır. O, 1920-ci il aprelin 27-də Parlamentdə axşam saat 11 radələrində bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən 4 nəfərdən biri idi. M.
Ə. Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Mustafa bəy Vəkilov və A. Aşurov 1918-ci il dekabrın ortalarında bütün Hökumət kabinəsi ilə birlikdə istefaya çıxıb.
Azərbaycanda sovet hakimiyyəti elan olunduğu günün ertəsi bolşeviklər A. Aşurovun həbs edilməsi barədə qərar versələr də, XI ordunun Siyasi Şöbəsinin rəisi, cəllad S. Pankratovun əməliyyat müvəkilləri və xüsusi agentləri onu ələ keçirməyə müvəffəq olmur.
Azərbaycan SSR qurulduqdan sonra Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 29 aprel 1920-ci il tarixli dekreti ilə Azərbaycan Fövqəladə komissiyası təsis olunmuşdu. Lakin, bu cəza orqanının əməli təşkili onun 1920-ci il mayın 18-də XI ordunun Siyasi Şöbəsindən ayrıldığı gün sayılır. Həmin tarixdən 1920-ci ilin iyununadək Semyon Andreyeviç Pankratov FK-nın ilk sədri olmuşdur.
S. Pankratovun qısa sədrliyi dövründə bu orqanın əli ilə minlərlə milli təəssübkeşimiz məhv edilib. 1920-ci ilin iyunundan FK-ya tanınmış bolşevik Baba Əliyoldaş oğlu Əliyev (1875–1937) başçılıq edir. 1920-ci ilin oktyabrından onu Eyyub Şirinbəy oğlu Xanbudaqov (1893–1937) əvəz edir.
1926-cı ilin avqustun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (MİK) qərarı ilə Azərbaycan SSR Fövqəladə Komissiyası Dövlət Siyasi İdarəsi (DSİ) adlandırılır. A. Aşurov əvvəlcə Türkiyəyə getmək istəmişdi.
Buna imkan olmadığından təqiblərdən yaxa qurtarmaq üçün Rostov şəhərinə koçür. Rostovda mühəndis-texnoloq ixtisası üzrə işləyir. Ağa Aşurov 1936-cı ildə Rostovda da vəfat edir.
Rostovun tatar qəbiristanlığında dəfn olunur…
