Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağaqulu Allahqulu oğlu Xudaquiyev — həyatı və yaradıcılığı.
Ağaqulu Allahqulu oğlu Xudaquiyev 1917-ci ildə Qobustanın (keçmiş Şamaxı rayon ərazisi) Nərimankənd kəndində doğulub. 1938-ci ildə 7 illik məktəbi bitirib. 1939-cu ildə hərbi xidmətə çağrılib. 1939-cu ildə Sovet-Fin müharibəsində iştirak edib.
Məşhur Mannerheym müdafiə xəttinin alınması zamanı artilleriya qüvvələrinin sıralarında iştirak edib. 1940-cı ildə ordu sıralarından tərxis olunub. 1941-ci il, iyunun 22-də Böyük Vətən müharibəsinin başlanması ilə yenidən ordu sıralarına çağırılıb, artilleriyaçı kimi iştirak edib. Döyüşlərə Şimali Qafqazda, Mozdokdan başlayıb.
Kuban uğrunda gedən döyüşlərdə iştirak edib. Almanlar 1942-ci il qış kampaniyaları zamanı Qafqaz uğrunda apardıqları döyüşlərdə dəf edildikdən sonra, Stalinqrad ətrafına çəkilmişdilər. Bu ərəfədə qoşunların bir qisminin Tbilisi şəhərində yenidən formalaşdırılmasına imkan yaranır.
Ağaqulu Xudaquluyev də Tbilisdə yeni formalaşdırılmış dağ artilleriya diviziyasında xidmət etmək üçün təyinat alır. Yeni yaradılmış diviziya dağlıq ərazilərdə döyüşlər bitdikdən sonra "Malaya Zemlya" döyüşlərində iştirak edir. Bu döyüşlərdə xüsusi təyinatlı dəstədə məsuliyyətli hesab edilən pulemyotçu kimi döyüşür.
O,hücumlar zamanı düşmən projektorlarını pulemyot atəşi ilə məhv etməklə, hücum zamanı çoxlu sayda əsgər və zabitlərin həyatını təhlükədən xilas edir. Qafqazın azad olunmasında göstərdiyi xidmətlərə görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilir. Qafqaz döyüşlərindən sonra Ağaqulu Xudaquliyevin döyüşdüyü diviziya Keniqsberqin alınması uğrunda gedən döyüşlərə cəlb edilir.
Keniqsberq alındıqdan sonra Berlinin alınması uğrunda döyüşlərə cəlb edilir və kücə döyüslərində iştirak edərək xüsusi fərqlənir. Hər iki istiqamətdə gedən döyüşlərdə göstərdiyi şücaətə görə ("Keniqsberqin alınmasına görə" və "Berlinin alınmasına görə") medallarla təltif edilir. SSRİ-nin rəhbəri I.
V. Stalindən təşəkkür məktubu alır. Faşist Almaniyasının məğlub edilməsindən sonra Berlində dislokasiya olunmuş Sovet qoşunlarının tərkibində xidmətini Almaniyada dislokasiya olunan, etnik azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq diviziyasının 26 nömrəli polkunda davam etdirir.
Ağaqulu Xudaquluyev 30 yaşına çatdıqda ordu sıralarından tərxis edilir. Müharibədən sonra kolxoz və sovxozlarda müxtəlif vəzifələrdə, kolxoz sədrinin müavini vəzifəsinə çalışıb. 1947-1949-cu illərdə kənd sovetinin sədri olub. 1984-cü ildə təqaüdə çıxıb.
8 noyabr 1991-ci ildə Qobustan rayonunda, Nərimankənddə vəfat edib… RUHU ŞAD OLSUN!
