Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli — həyatı və yaradıcılığı

Şrift
Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli — həyatı və yaradıcılığı.

Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli 1875-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında alıb, sonra şəhər Real məktəbində oxuyub. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi olan Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik edib. Lakin, Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub. Belə ki, o, 35 il fasiləsiz olaraq rus-müsəlman məktəbində müdir vəzifəsində çalışıb.

O, xalq kütləsi arasında maarifçiliyin, təhsilin vacibliyini və zəruriliyini xüsusi fəallıqla vurğulyırdı. Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvlərindən idi. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun xalası oğlu olan Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınayıb.

O, "Leyli və Məcnun" operasında Məcnun, İbn Salam obrazlarını böyük məharətlə ifa edib. Bədəl bəy Bədəlbəyli 12 sentyabr 1932-ci ildə Bakıda vəfat edib. O, məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti (1960) Əfrasiyab Bədəlbəylinin və görkəmli aktyor və rejissor, Azərbaycan SSR xalq artisti (1964) Şəmsi Bədəlbəylinin atası və pianoçu, SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin babasıdır.

Qeyd edək ki, Bədəlbəylilər şəcərəsi Azərbaycana elm və mədəniyyət sahəsində tanınmış şəxsiyyətlər bəxş edib. Bu isə novbəti bir araşdırmanın mövzusudur…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗