Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə QULAQ (Главное управление лагерей) rəsmən — həyatı və yaradıcılığı.
QULAQ (Главное управление лагерей) rəsmən 1930-cu il 7 aprel tarixli 22 p. 248 №-li əmrə müvafiq olaraq və 130/63 №-li əmrə əsasən, OQPU tərəfindən ULAQ kimi 1930-cu ilin 25 aprelində təsis olunub. Həmin ilin noyabrında QULAQ adlandırılıb. 1930-cu illərin əvvəlində, SSRİ-nin cinayətkar siyasəti həbs düşərgəsində əhalinin əhəmiyyətli dərəcədə artımına səbəb oldu. 1937–1938-ci illərin "Böyük Təmizlik" dönəmində yüz minlərlə insan həbs edildi.
On minlərlə məhbus, 1937–1938-ci illərdə davam edən əks-inqilabçı fəaliyyətlərinə görə edam edildi. Təxminən 14 milyon insan, 1929-cu ildən 1953-cü ilə qədər QULAQ əmək düşərgələrində olub. 6–7 milyondan çox insan, SSRİ-nin uzaq ərazilərinə sürgün olunub.
Bəzi hesablamalara əsasən, düşərgələrdəki insanların ümumi sayı, 1934-cü ildə 510,307 nəfər idi, lakin, bu rəqəm artıq 1953-cü ildə 1,727,970 nəfər idi. Digər hesablamalara əsasən, 1953-cü ilin əvvəlində məhbusların ümumi sayı, 2. 4 milyondan çox idi. Bunların 465. 000 nəfəri siyasi məhbus idi.
Sovet arxiv məlumatına əsasən, 1. 053,829 insan 1934–1953-cü illərdə QULAQ-da ölmüşdü (1919–1934-cü illər dövrünə aid arxiv məlumatı yoxdur). Bəzi müstəqil hesablamalara görə, 1929–1953-cü illərdə 1. 6 milyon insan ölmüşdü, lakin 10 milyona qədər olduğu da ehtimal edilir. Azərbaycan ərazisində də fərqli vaxtlarda 3 İslah Əmək Düşərgəsi mövcud olub.
Bunlar Xəzəryanı İƏD, Xəzər İƏD və 108 nömrəli tikintidir. Xəzəryanı İslah Əmək Düşərgəsi və Tikinti 107 11 oktyabr 11 oktyabr 1940-cı ildə təşkil olunub və 1942-ci ilə qədər fəaliyyət göstərib. Düşərgə dəmir yolu tikintisi düşərgələrinin baş idarəsinin tabeliyində olmaqla yanaşı, həm də Salyanda yerləşirdi.
Bu əmək düşərgəsi sırf dəmir yollarının tikintisi ilə məşğul olurdu. Xəzəryanı İƏD-də 54. 336 məhbus, 1 iyul tarixindən 36. 533 məhbus 1 yanvar 1942-ci ildə isə 14. 003 məhbus saxlanılırdı. XDİK-nın 25 yanvar 1942-ci il əmrinə əsasən bütün şəxsi heyət, avadanlıqlar, materiallar və digərləri Stalinqrad İƏD-nin formalaşdırılmasına cəlb olundular, 22 fevraldan etibarən isə XDİK bütün qüvvələri yeni tikintiyə cəlb etdi.
Bu vaxta qədər 107 nömrəli tikintinin və İƏD-nin dəyişməz rəhbəri M. V. Filimov olub.
XDİK-nın 12 mart 1942-ci il tarixli əmri ilə Xəzəryanı İƏD ləğv edilib. 1 aprel tarixində məhbusların sayı 7. 509 nəfər idi. Xəzər İƏD XDİK-nın 24 mart 1943-cü il əmri ilə Dövlət Müdafiə Komitəsinin 11 mart tarixli № 3023 saylı qərarının icrası üçün yaradılıb.
"Kaspiylaq" (Xəzər İƏD) Aerodrom Tikintisi İdarəsinin tabeliyində idi və il öncə Həştərxanda yerləşirdi, 11 oktyabr tarixindən isə Bakıda fəaliyyətə başlayıb. 1944-cü ilin yanvar ayında məhbusların sayı 3282 nəfər idi. Xəzər İƏD-nin və 2 nömrəli Tikinti İdarəsinin Bakıya köçürülməsindən etibarən 23 mart 1944-cü ilə qədər onun rəhbəri mühəndis polkovnik V. İ.
Papirovski olub. 13 fevral 1946-cı ildə "Kaspiylaq"ı QULAQ-a tabe etdilər. ATBİ-ni (Aerodrom Tikintisi Baş İdarəsi) yanacaq sənayesi müəssisələrinin tikintisi üçün Xalq Komissarlığının tabeliyinə verəndə düşərgənin kontingenti QULAQ-ın tabeliyində qaldı.
Həmin ilin 24 aprel tarixində "Kaspiylaq" Azərbaycan SSR DİN-nin İƏDKİ-nin (İslah Əmək Düşərgələrinin və Koloniyalarının İdarəsi) tabeliyinə keçdi. 108 nömrəli tikinti və İƏD XDİK-nın 18 may 1944-cü il əmrinə əsasən yaradılmışdı. 27 may tarixindən etibarən isə DTDBİ-nin (Dəmir yolu tikintisi düşərgələrinin baş idarəsi) tabeliyinə keçir 1945-ci ilin iyun ayında düşərgə Gəncədə sonradan isə Göygöldə yerləşirdi. 1944-cü il 1 dekabr tarixində buradakı məhbus sayı 5568 nəfər, 1 yanvar 1946-cı ildə 2295 nəfər, 1 yanvar 1947-ci ildə 3200 nəfər, 1 yanvar 1948-ci ildə 3760 nəfər, 1 yanvar 1949-cu ildə 2707 nəfər, 1 yanvar 1950-ci ildə isə məhbus sayı 2142 nəfər olub. 108 nömrəli tikintidə və İƏD-də əsas işlər bitdiyinə görə bütün resursları və işçi qüvvəsi ilə DTDBİ-nin tabeliyindən QULAQ-ın yəni bilavasitə Azərbaycan SSR DİN-nin İƏDKİ-nin (İslah Əmək Düşərgələrinin və Kaloniyalarının İdarəsi) tabeliyinə keçmişdi…
