Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Adilə Mütəllibova — həyatı və yaradıcılığı.
Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Əslən Maştağa qəsəbəsindən olan Adilə Mütəllibova həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşayıb. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi.
Mətbuatla ünsiyyət saxlamırdı. Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib. Onun dəfn mərasimi həmin gün Bakıda Təzə Pir məscidində keçirilib.
Bakıda, Yasamal qəbiristanlığında oğlu Azadın yanında dəfn edilib. Ayaz Mütəllibov prezident olduğu dövrdə Adilə Mütəllibova əsasən xeyriyyəçiliklə məşğul olub. Gəncliyində həkim işləyib.
Ayaz Mütəllibov dövlət işinə keçəndən sonra işləməyib… RUHU ŞAD OLSUN!
