Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakıda doğulub.

Şrift
Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakıda doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakıda doğulub..

Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakıda doğulub. Orta təhsilini Bakı şəhərində alıb, 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası) və V. İ.

Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirib. Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət qazanıb. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958–1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaradıb.

Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilib. Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur.

70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqalarının portretlərini yaradıb. E. Şahtaxtinskaya "Şərəf nişanı" ordeni ilə təltif edilib, 1963-cü ildə əməkdar incəsənət xadimi, 1977-ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülüb.

13 oktyabr 1996-cı ildə Moskvada vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub. Qeyd edək ki, Elmira Şahtaxtinskayanın həyat yoldaşı Oqtay Sadıqzadə Azərbaycan Respublikasının Xalq rəssamı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Oğlu Altay Sadıqzadə isə SSRİ Rəssamlar İttifaqının üzvü olub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗