Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə "Dağlar qızı" Reyhanın və ya Qaçaq Reyhanın həyatı haqqında çox az məlumat var..
"Dağlar qızı" Reyhanın və ya Qaçaq Reyhanın həyatı haqqında çox az məlumat var. Onun təxminən 1900-cü ildə Xaçmaz rayonunun Padar kəndində doğulduğu yazılır. Etnik mənsubiyyəti Tat idi.
1918-ci ilin mart ayında, Reyhanın toyu soyqırımı vaxtında olduğuna görə, erməni daşnakları hücum edir və toyda bəy öldürülür. Reyhan, zorlanmaq qorxusuna görə, tualetə girərək özünü "murdarlıyıb" və Padardan qaçaraq Quba rayonunun Xanəgah kəndinin yanında yerləşən Ağ Qaya adında bir dağa çatıb və orda bir neçə gün qalıb. Xanəgahda yaşayan insanlar Reyhanı görüb evlərinə aparırlar və ona yemək və paltar verirlər.
Reyhan kəndə çatandan sonra başlayıb "kişi paltarı" geyinməyə və başına papaq qoymağa. Kənddə neçə vaxt yaşadıqdan sonra Reyhan öz kəndini xatırlayır və daşnaklardan qisas almaq istəyir. Reyhan qisas almaq xəbərini yaşadığı kəndin yanında yerləşən kəndlərə göndərir və o ərazidə yaşayan bütün əli silah tutan cavanlar dəstəyə qoşulur.
Reyhan və başına yığdıqı dəstə Quba rayonunun Gəlinqaya kəndində daşnak qüvvələri ilə döyüşür və yüzlərlə daşnakları öldürərək məğlub edir. Erməni döyüşçüləri Quba və Xaçmazdan qovurlar. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə sovetlər tərəfindən isğal edilir.
1928-cu ildə onun ermənilər tərəfindən səhvən "antisovet" təbliğatçı olması bolşeviklərə bildirilir. Reyhan güllələnməyə məhkum edilir, amma Mir Cəfər Bağırov onu güllələnməkdən xilas edir. Reyhan xilas ediləndən sonra onun adını dəyişdirilir və qorunması üçün gizli şəkildə Krımda naməlum bir monastıra göndərilir.
Reyhan Krımda dünyasını dəyişir və dəfn edilir. 1959-cu ildə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirov Reyhana həsr olunan "Dağlar qızı Reyhan" şerinə musiqi bəstələyib. 1960-cı ildə mahnını ilk dəfə SSRİ xalq artisti Rəşid Behbudov ifa edib, sonra bu mahnı SSRİ xalq artisti Zeynəb Xanlarovanın ifasında daha da məşhurlaşıb…
RUHU ŞAD OLSUN!!!
