Əsl adı Mir Tağı olan Seyid Mirbabayev 1867-ci ildə Bakıda mərsiyəxan ailəsində doğulub.

Şrift
Əsl adı Mir Tağı olan Seyid Mirbabayev 1867-ci ildə Bakıda mərsiyəxan ailəsində doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əsl adı Mir Tağı olan Seyid Mirbabayev 1867-ci ildə Bakıda mərsiyəxan ailəsində doğulub..

Əsl adı Mir Tağı olan Seyid Mirbabayev 1867-ci ildə Bakıda mərsiyəxan ailəsində doğulub. O da atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb.

1910-cu ilə qədər Bakının musiqi həyatında mühüm rol oynayırdı. O,teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edirdi. 1906-cı ildə "Qrammofon" şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı. Xanəndə kimi toylarda da oxuyurdu.

Toyların birində Seyid Mirbabayev elə oxumuşdu ki, ona "Bala Şoranlıq" deyilən yerdə neft quyusu hədiyyə etmişdilər. Bir müddət sonra Mirbabayevin "Bala Şoranlıq" adlanan quyusundan neft fontanı vurur və xanəndə milyonçu olur. Neft sənayesinin nümayəndələri və milyonçulardan biri olan Mirbabayev tədricən musiqi fəaliyyətindən uzaqlaşır.

Varlanan xanəndə əvvəlki peşəsindən utanır və Varşavada səsi yazılmış valları bir-bir baha qiymətə alır və sındırır. O hesab edirdi ki, əsl sənəti olan xanəndəliyi indiki milyonçuluğuna xələl gətirir, onun şan-şöhrətini azaldır. Seyid Mirbabayev Bakıda "Qubernator evi"nin sahibi idi və bu evi Rusiya imperiyasının Bakı quberniyasının qubernatorlarına icarəyə verirdi.

Bakı şəhərində hazırkı "AzNeft" meydanı kimi tanınan yerdə yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin binası Seyid Mirbabayevə məxsus olub. Seyid Mirbabayev bu evdə 1920-ci ilə qədər yaşayıb. 1920-ci ildə Bakı əməliyyatından sonra Seyid Mirbabayev Fransaya köçür. Onun Parisə apardığı sərvət 1929-cu ildə tükənir.

Bir gün muflisləşmiş milyonçu Parisdə Teymur bəy Aşurbəyliyə rast gəlir. Seyid Mirbabayevin ağır vəziyyətini görən Teymur bəy onu Tehrana aparır. Seyid Mirbabayev 1953-cü ildə Tehran şəhərində vəfat edir…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗