Hacıbaba Məmməd oğlu Zeynalov — həyatı və yaradıcılığı

Şrift
Hacıbaba Məmməd oğlu Zeynalov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hacıbaba Məmməd oğlu Zeynalov — həyatı və yaradıcılığı.

Hacıbaba Məmməd oğlu Zeynalov 1906-cı ildə Gəncədə doğulub. O,hərbçi olmaq arzusu ilə 1923-cü ildə Bakıya gələrək gənc komandirlər məktəbinə qəbul olunur. Üç illik təhsilini müvəffəqiyyətlə başa vuran Hacıbaba Zeynalov 77-ci Azərbaycan atıcı diviziyasının ikinci dağ nişançı alayına bölük komandiri təyin edilir.

Az sonra alayın rabitə rəisi vəzifəsinə təyin edilir. 1937-ci ildə mayor rütbəsi alır. 1939-cu ildə M.

Frunze adına Hərbi Akademiyanı bitirir və elə həmin il "Qış müharibəsi"ndə iştirak edir. Müharibədə göstərdiyi şücaətə görə "Qırmızı Ulduz" ordeni ilə təltif edilir. 22 iyun 1941-ci ildə Böyük Vətən müharibəsinin başladığı vaxt podpolkovnik Hacıbaba Zeynalov Pribaltika Hərbi Dairəsində atıcı diviziyanın şöbə rəisi vəzifəsində çalışırdı.

Qərbi Dvina ətrafındakı döyüşlərdə böyük igidlik göstərən Zeynalov döyüş zamanı yaralanır, lakin müharibənin sonunadək müxtəlif qərargah vəzifələrində, o cümlədən, Zaqafqaziya cəbhəsində 47-ci ordunun qərargahında əməliyyat şöbəsinin rəisi, 396-cı atıcı diviziyanın qərargah rəisi, 402-ci atıcı diviziyanın komandiri vəzifəsində çalışır. Mozdok və İşşersk kəndi uğrundakı döyüşlərdə göstərdiyi qəhrəmanlıq və hərbi bacarığına görə polkovnik Hacıbaba Zeynalov "Qırmızı Bayraq" ordeni ilə təltif olunmuşdur. Hacıbaba Zeynalov 1948-ci ildə K.

Voroşilov adına Ali Hərbi Akademiyanı əla qiymətlərlə bitirir, 1956-cı ildə general-mayor rütbəsinə yüksəlir. 1957-ci ildə o, Bakı Ali ümumqoşun komandanlıq məktəbinin rəisi vəzifəsinə təyin edilir və 1960-cı ilədək burada çalışır. Məktəbin o vaxtadək olan 20 illik tarixində Hacıbaba Zeynalov ilk azərbaycanlı rəis idi.

Hacıbaba Zeynalov 1969-cu ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗