Şərifzadə (Şərifov) Qurbanəli — həyatı və yaradıcılığı

Şrift
Şərifzadə (Şərifov) Qurbanəli — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Şərifzadə (Şərifov) Qurbanəli — həyatı və yaradıcılığı.

Şərifzadə (Şərifov) Qurbanəli 1854-cü ildə Naxçıvanda doğulub. Maarifçi ziyalı, publisist, xeyriyyəçi kimi taninıb. Məşhur alim Əziz Şərifin atasıdır.

Qurbanəli Şərifzadə Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində mühəndis kimi iştirak edib. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.

T. Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərib. H.

Cavidin mənəvi təkamülündə mühüm rolu olub. C. Məmmədquluzadənin əməl və məslək dostlarından olub, 1908-ci ildən başlayaraq "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək verib, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış edib.

O, 1909-cu ildə çıxan müxtəlif nömrələrdə (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində "Məşədi Mozalanbəy" imzası ilə felyetonlar çap etdirib. "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. Qurbanəli Şərifzadə, məşhur ziyalılarla, o cümlədən, C.

Məmmədquluzadə, Ə. Haqverdiyev, F. Köçərli, M.

Ə. Sabir, Ö. F.

Nemanzadə və Ə. Qəmküsarla dostluq əlaqələri saxlayıb. 1917-ci ildə Naxçıvanda vəfat edib…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗