Azərbaycan Milli Şurasının — həyatı və yaradıcılığı

Şrift
Azərbaycan Milli Şurasının — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycan Milli Şurasının — həyatı və yaradıcılığı.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da, parlamentin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında" qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.

Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8, Şuşa 8 nümayəndə ilə təmsil olunmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Azərbaycan əhalisinə müraciətində deyilirdi: "Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix bizdən asılı olmayaraq, hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub.

Biitiin Azərbaycan vətəndaşları millət və məzhəb fərqinə baxmayaraq, bir vətənin övladlarıdı, onlar öz səadətlərini qurmaq üçün bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər". Lakin, Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918-ci il dekabrın 7-də açılan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər.

Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919-cu ilin fevralından parlamentin iclaslarına qatıldılar. Ermənilər Azərbaycan Parlamentində iki fraksiya-5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, ermənilərin Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi-separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdürdü.

AXC Parlamentində erməni fraksiyasının 5 üzvü olub: Arşak Paronyan Yervan Taqionosov İsak Xocayev Stepan Taqionosov Georgi Şahnazarov. TARİXİMİZİ UNUTMAYAQ!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗